“Qazi dərmanı hansı pulla alsın?” - DEPUTAT


“Qazi dərmanı hansı pulla alsın?” -     DEPUTAT
Aqil Abbas: “Elə bil ki, bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq?”
 
“Qazilərimizin problemləri var, tez-tez ciddi və haqlı şikayətlər eşidirəm”. AYNA xəbər verir ki, bu sözləri deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında deyib.
 
Millət vəkili bildirib ki, hərbi hospitalın işi ürəkaçan deyil: “Bir resept yazırlar və deyirlər ki, get, dərmanı özün al. Qazi dərmanı hansı pulla alsın? Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bil ki, bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Sual olunur - niyə Müdafiə Nazirliyinin hospitalı qazilərin müalicəsini təşkil etmir?”.
Aqil Abbas: “Deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilməlidir”
“Məsələn, DİN-nin hospitalında nəinki polislər, onların ata-anası da oradan istifadə edə bilirlər. Ancaq bizim hərbi hospital deyir ki, get özün müalicə al. Niyə Müdafiə Nazirliyinin hospitalı bu işlə ciddi məşğul olmur? İnsanlar rayondan gəlir. Həkimə getməkdirsə, rayondakı həkim də eyni diaqnozu qoyur. YAŞAT Fondu sağ olsun, hər şey edir. Niyə bu boyda hərbi hospital bunları etmir? Xahiş edirəm, müdafiə naziri, arada bir özünüz hospitala gedin və orada müalicə olunun. Qazilərin şikayətləri müzəffər qələbəmizə kölgə salır”, - deyə A.Abbas vurğulayıb.
Tarix: 2-04-2021, 14:29
Xəbəri paylaş



Xəbər lenti