Əli Məsimli: “Həmin məmurların uşaqları elə olsun ki, görsün, onlara nə qədər vəsait xərclənir” Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli müharibə iştirakçılarının problemlərini gündəmə gətirib. AYNA-nın xəbərinə görə, millət vəkili bildirib ki, müharibə iştiraçıları tərəfindən əlilliklə bağlı xeyli müraciətlər var: “Biz o insanlara borcluyuq. Onları get-gələ salmaq olmaz. Onların get-gələ salanlara layiqli cavablar verilməlidir”.
Deputat bununla yanaşı, autizmli uşaqlarla bağlı da məsələ qaldırıb: “Bu cür insanlara xüsusi qayğı lazımdır. Həmin uşaqlara verilən simvolik müavinətlər də kəsilib. Onlara diaqnoz qoymaq çox asan məsələdir. Gərək ki, həmin məmurların uşaqları elə olsun ki, görsün, onlara nə qədər vəsait xərclənir. Belə olmaz axı. Hesab edirəm ki, bu problem həllini tapmalıdır”.
Tarix: 2-04-2021, 14:27