Nazirliyə AĞIR İTTİHAM - "Direktorlar üçün pedaqoji ali təhsil tələbini pozur”
Xəbər verdiyimiz kimi, martın 19-da respublika üzrə 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçirilib. Qeyd edək ki, 6 mart saat 16:00 tarixində keçirilməsi nəzərdə tutulan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınmışdı.
"Sherg.az" xəbər verir ki, təhsil eksperti Kamran Əsədov direktorların işə qəbul üzrə keçirilən test imtahanı barədə paylaşım edib:
"İmtahan - insanın biliyinin qiymətləndirilməsi prosesidir. Əsas cəhəti müəyyən dövrdən bir keçirilməsidir. Müxtəlif növ imathanlar mövcuddurlar: orta məktəb, ali məktəb, kurs , test, işə qəbul və s. Onların hamısı müəyyən dövrdə əldə edilmiş biliyin qiymətləndirilməsi üçün keçirilir.
Bunu niyə qeyd etdim. Ölkəmizdə test üsulu ilə imtahan 1992-ci ildən etibarən keçirilir. Əsasən kütləvi imtahanların şəffaf və çevik təşkili məqsədi güdülür. Amma nəticələri təhlil edəndə görürük ki, təhsildə yuxarıya doğru qalxdıqca müsabiqə şərtləri aşağı düşür.
Düşünürəm ki, ən sərt qaydalar, şərtlər təhsilin idarəetməsində iştirak edən şəxslərə tətbiq edilməlidir. Amma indi əksinədir.
Nümunələrə baxaq, ali məktəblərə qəbul olmaq üçün məktəb şagirdlərinə keçid balı qoyulur. Müəllimlərin işə qəbulunda Bakı şəhəri üzrə 48, bölgələr üzrə 36 bal keçid balı qoyulur, dövlət qulluğuna qəbulda 70, 75 və 80 bal belə keçid balı tətbiq edilir".
Kamran Əsədov əlavə edib ki, idarəetməyə ən yaxşıları seçilməlidir:
"Bəli, yaxşıların seçilməsi üçün keçirilən imtahan da bunlardan biridir.
Kimsə danışmasın ki, test əzbərləməklə yaxşı olunmur. Olunur, əzizim, olunur. Deyirlər ki, direktor olmaq üçün xüsusi "Allah vergisi" olmalıdır. Bu məktəbdə fala baxacaq?
Məktəb direktoru qanunvericilik bazasını bilsə, o yaxşı idarə edəcək. Çünki təhsil qanunvericiliyində müəssisəsini necə idarəetmək lazımdır, qeyd edilib. Yəni MİQ-də 55 bal toplayana, DİQ-də 10 bal toplayanın rəhbərlik etməsi ədalətli deyil.
Mənə maraqlı gələn həm də imtahan iştirakçılarının sayının az olmasıdır. Orta məktəbdə direktor olmaq üçün 5 il pedaqoji təcrübə və elə pedaqoji ixtisas üzrə ali təhsil lazımdır. Amma Təhsil Nazirliyi direktor olmaq üçün pedaqoji ali təhsil tələbini pozmaqda davam edir. Kifayət qədər məktəb direktorları var ki, pedaqoji ali təhsilləri yoxdur".
Təhsil eksperti orta məktəblərdə 5 il stajı olmayan 30 min müəllim olduğunu vurğulayıb:
"Bizim hal hazırda orta məktəblərdə ən azı 5 il pedaqoji stajı olan 120 min müəllim var. Bəs niyə onların yalnız 2 min nəfəri direktor vəzifəsinə namizəd olur? Deməli, onlar prosesin ədalətli, şəffaf, demokratik olacağına inanmırlar.
Mən bu barədə qəti deyə bilmərəm ki, proses şəffafdır və ya şəffaf deyil, çünki əlimdə hər ikisi üçün tutarlı fakt olmalıdır. İndi kimsə durub deməsin ki, qardaşın bəs necə təyin olunub?
Dedim axı, bir güllə bahar olmur. Bu xoruz fəlsəfəsidir. Əksini deyəcək də informasiyalar var, amma faktlar yoxdur. Dediyim kimi, prosesin şəffaf olub-olmaması ilə bağlı qəti mövqe nümayiş etdirmirəm".
Tarix: 23-03-2021, 15:58
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO
-
20-09-2026, 12:45
Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ - Nəqliyyat sistemindən boş vədlərə, oradan holdinq rəhbərliyinə
-
20-09-2026, 12:44
Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video