Qarabağ Qazisi ŞİKAYƏTÇİ DÜŞÜB - Nazirə müraciət VİDEO




Ucar rayonu Lək kənd sakini Qarabağ müharibəsi əlili Əsgərov Mirfəttah Əsgər oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də Neqativ.com-a daxil olan müraciətdə deyilir:



"Mən 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə könüllü vuruşmuşam. Döyüşlər zamanı Murovdağda bərk don vurma nəticəsində əl barmaqlarım amputasiya edilmiş, dişlərim çıxarılmış ayaqlarım şikəst olmuşdur.Buna görə mənə 3-cü qrup Qarabağ müharibəsi əlili təyin edilib.2020-ci ilin fevral ayı tarixində əlilliyimi qanunsuz olaraq ləğv ediblər. Təkrar həkim müayinəsindən keirilmişəm və sənədlərim baxılması üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilib.Mənə deyilir ki, sənə əlillik dərəcəsi təyin edilməyəcək.Mən bunu dünyada tayı-bərabəri olmayan özbaşınalıq və korrupsiya cinayəti hesab edirəm.Sual edirəm mənim kəsilmiş barmaqlarım və sıradan çıxmış damağım yerinə gələcəkmi?



Mən mətbuat vasitəsi ilə video müraciət yayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirəm mənim sənədlərimə baxıb əlilliyimin bərpa edilməsini təmin edəsiniz.Mən avtoqəzada barmqlarımı itirməmişəm müharibədə xəsarət alıb əlil olmuşam".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...



Tarix: 18-03-2021, 14:48
Xəbəri paylaş



Xəbər lenti