"Azəriqaz"dan şəhərdə də narazıdırlar, kənddə də... - ŞİKAYƏT
“Ana xətt Lənkəran-Bakı yolunun kənarından keçir. Orayla məhəlləmiz arasında azı 400 metr məsafə var. Həm bizim, həm də qonşu məhəllələrin sakinləri evlərinə qazı öz hesablarına çəkib. Ancaq buna imkanı olmayanlar da var. Digər tərəfdənsə, öz hesabımıza çəkdirdiyimiz qaz xətlərinə də dövlət gəlib şərik çıxır. Yerli qaz idarəsi xəttimizdən götürüb veteranlara tikdiyi evlərə qaz çəkib. Yəni bizim məhəllədə hər şey tərsinədir, dövlət vətəndaşı təmin etməkdən, gəlib vətəndaşın əziyyətlə qurub-yaratdığına şərik çıxır”.
Lənkəranın Digah kəndindəki 18-ci məhəllənin sakiniləri yerli qaz idarəsindən şikayətçidir. Onların gileyi illərdir ki, məhəlləyə qaz xətti çəkilməməsindən və yolsuzluqdandır.
“İmkanı olan özü xətt çəkdirib”
18-ci məhəllə 17 il əvvəl salınıb. Məhəllədə 40-dan çox ev var. Sakinlər deyir, qaz xətti və yolların təmiri üçün illərdir ki, döymədikləri qapı qalmayıb:
“Burada ilk ev tikənlərdən biri mən olmuşam. İllərdir ki, qaz xətti aidiyyəti qurumların qapılarında qalmışıq. İmkanı olan öz hesabına ordan-burdan qaz xətti çəkib gətirib evinə… Ona da dövlət əlini qoyur. Bir ay əvvəl yerli qaz idarəsinin işçiləri gəlib nazik qaz xəttini dəlib başqa xətt qoşdular. Məlum oldu ki, məhəllədə Birinci Qarabağ Müharibəsinin iki iştirakçısına iki ev tikilib, dövlət həmin evlərin qaz problemini bizim hesabımıza həll etməyi qərara alıb”.
“Qazın təzyiqi aşağı düşüb”
Şikayətçi deyir, qaz xəttinə əlavə qoşmalar olduğundan qazın təzyiqi tamamilə aşağı düşüb:
“Borcla-xərclə uzaqdan evimə xətt çəkib gətirmişəm,ancaq bir aydır ki, istifadə edə bilmirəm, təzyiq yoxdur. Min əziyyətlə qaz xətti çəkmişəm, bir də gedib odun alıb, istifadə etməliyəm. Belə gülməli bir vəziyyət yaranıb. Harda yazılıb ki, vətəndaşın öz hesabına çəkdirdiyi qaz xəttindən dövlət gəlib icazəsiz, razılıqsız başqa evlərə xətt çəksin?”
Sakinlər məhəlləyə yol çəkilməsini də arzulayırlar. Deyirlər, yayda toz-tozanaqlı, qışda dizdən palçıq olan yolların təmiri üçün bələdiyyəyə və icra hakimiyyətinə müraciət etsələr də, müsbət cavab almayıblar:
“Burda ev tikəndə vəd etmişdilər ki, yaxın vaxtlarda hamar yolu olacaq, ancaq illərdir ki, yağış yağanda palçıqda dizin-dizin sürünürük”.
Tarix: 18-03-2021, 09:23
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO
-
20-09-2026, 12:45
Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ - Nəqliyyat sistemindən boş vədlərə, oradan holdinq rəhbərliyinə
-
20-09-2026, 12:44
Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video