"Təhsildə bir qurum var, TİPİİ adlı. Əslində, təhsildə o qədər təşkilat, qurum yaradıblar ki, yiyəsini tapmaq və tanımaq olmur. Biri o birindən küsəndə özü üçün təhsildə təşkilat, qurum yaradır. Keçid edib TİPİİ-yə... Deməli, bu qurumda nə qədər təhsildən xəbərsiz olan adam varsa, yığılıb, təlim keçir. Amma təlim keçənin keçdiyi təlimdən xəbəri yoxdur. Ancaq işləri şəkil çəkdirməkdi. Arada da bizim ödədiyimiz vergi ilə gedib xarici ölkələrdə 5-6 gün dincəlib gəlirlər, adları da olur xaricdə təlim alıb gəliblər. İndi də pullu xidmət göstərirlər. Göstərsinlər e, amma pulu alandan sonra yoxa çıxmasınlar. Deməli, orta məktəbdə Həyat Bilgisi fənnini tədris etmək üçün bu TİPİİ 2020-ci ilin avqust ayında yüzlərlə müəllimdən 70 manat alıb 7-8 gün onlayn təlim keçib. Sonra da həmin iştirakçıları imtahan edib sertifikat verməli idi, amma pulu alıb yoxa çıxıblar. Nə telefonlarına zəng çatır, nə də ünvanlarına məktub. Pandemiyanı, karantini bəhanə edib camaatı 8 aydır fırladırlar”. Pravda.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov vurğulayıb ki, TİPİİ -nin bəzi təlimçiləri təlimdə nə etdikləri bilinmir, amma yaxşı trolluq edirlər: “Nəsə yazan kimi dədə, babalarının adı ilə yaratdıqları fake profillər ilə başlayırlar ulamağa. Danışanda da bir misal var, cavabları o olur: “Keçəl başını yudumu, yudu da, daradı da”. Yekə adamlarsınız, təhsilə təsadüfən şəkil çəkib gəlməyiniz az deyil, indi də camaatdan pul alıb yoxa çıxırsınız. Əvəzində də bütün şikayətçilər bizə üz tutur. İşləyə bilmirsiz, gedin fotoaparatınızı götürüb fotoqraflıq edin də, niyə sizə görə vaxtımızı itirməliyik?”.
Tarix: 6-03-2021, 16:14