“Neftqaztikinti”nin müharibədə xəsarət alan işçisi SOCAR-la “Paşa Sığorta”nın arasında qalıb – MÜRACİƏT
Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” şəhərciyi, bina 3, mən.16-da yaşayan Vətən Müharibəsi qazisi Əsgərov Nazim Böyükxan oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə, İqtisadiyyat naziri Mikayıl Cabbarova, SOCAR prezidenti Rövnəq Abdullayevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Səhiyyə naziri Oktay Şirəliyevə, TƏBİB-in sədri Ramin Bayramlıya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, “Paşasığorta”Kommersiya Şirkətinin rəhbərliyinə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmədovaya, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə döyüş bölgəsində hərbi tapşırıqları yerinə yetirərkən aldığım ciddi travmaların təcili cərrahi müdaxiləsi üçün borc alıb ödəniş etdiyim vəsaitin qaytarılmasında köməklik göstərilməsi barədə müraciət ünvanlanıb.Aktualinfo.org vətəndaş Nazim Əsgərovun müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:Cənab Ali Baş Komandan! Sizin əmriniz əsasında mən bir zabit olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Vətən Müharibəsinin ilk günündən N saylı hərbi hissədə taqım komandiri kimi torpaqlarımızın azad edilməsi üçün Füzuli rayonundan Şuşaya qədər döyüş yolu keçmişəm və Sizin tərəfinizdən medallarla təltif edilmişəm. Mən növbəti döyüş tapşırığını icra etmək üçün 30 dekabrda mərmi dolu KAMAZ markalı yük avtomobili ilə Şuşa dağlarındakı yolla hərəkət edərkən avtoqəza baş vermişdi. Nəticədə aldığım çoxsaylı travmalar nəticəsində əvvəlcə Füzulidəki Hərbi Hospitala təxliyyə edildim, yanvarın 1-dən isə Bakıdakı Mərkəzi Klinik Hospitala çatdırmışlar. Burada 06 yanvara qədər ortopedik müalicə almışam. Lakin Hospitalda xəstə sayının çoxluğundan mənim təcili cərrahi əməliyyatın zəruri olduğunu bildirdilər. Ona görə də razılıq əsasında sınıq xəsarətlərimin əməliyyatı üçün məni özəl “CİTY HOSPİTAL”a köçürdülər. Təcili əməliyyatdan 2 gün sonra, yəni yanvarın 8-dən yenidən MN-nin Mərkəzi Klinik Hospitalına müalicəmi davam etdirmək üçün köçürdülər. Və yanvarın 21-də məni ev müalicəsinə göndərdilər. Qeyd edim ki, mən “CİTY HOSPİTAL”da əməliyyat olunmağım üçün xəzinəyə 4000 ( dörd min ) manat ödəniş etdim. Tanışlar da bildirdilər ki, Nazim narahat olma sən SOCAR işçisisən “Paşa Sığorta” tərəfindən müalicənin xərcləri qarşılanacaq. Mən də qohumlar vasitəsilə 4000 manat borc tapıb “CİTY HOSPİTAL” ödədim. Lakin indi, özümə gəldikdən sonra “Paşa Sığorta” şirkətilə əlaqə saxladım ki, mənə SOCAR işçisi olduğum üçün müalicəyə çəkdiyim xərcə köməklik göstərsinlər. Cavab verildi ki, biz “CİTY HOSPİTAL”da aparılan müalicə üçün heç bir ödəniş edə bilmərik çünki SOCARla bağladığımız müqavilədə bu hospitalın adı göstərilməyib.” Xatırladım ki, mən müaribədən əvvəl SOCAR-ın NEFTQAZTİKİNTİ trestində mühəndis vəzifəsində işləmişəm. Hazırda 67 gündür ki, yataq rejimində müalicəmi davam etdirirəm. “Beynəlxalq Bank”dan aldığım kreditə görə hər ay 242 manat ödəmə həyata keçirirəm. Əmək haqqım isə 842 manatdır. Öhdəmdə 6 və 7-ci sinifdə təhsil alan iki azyaşlı övladım var. Yəni 4 nəfərdən ibarət ailəm əlimizə çatan 600 manatın ümidinə qalmışıq. Bu pulun da çox hissəsini aptekdən lazım olan dərman və ağrıkəsicilər üçün istifadə edirəm. Bir sözlə, bir hərbçi kimi aldığım xəsarətlərə görə ailəmin iqtisadi çətinlik çəkməsini təsəvvür etmirdim. İndi də müalicəm üçün aldığım 4000 manat borcumun qaytarılmasını fikirləşirəm. Amma indi ayaq üstə dura bilməmyimlə mən bu borcu uzun müddət qaytarmaq imkanında olmayacağam.Çox təəssüflər olsun ki, mənimlə bir müharibə iştirakçısı kimi gəlib maraqlanan və maddi yardım göstərən kimsə olmayıb. Elə yaşadığım Abşeron rayon İcra Hakimiyyəti də mənim vəziyyətimlə maraqlanmayıblar. Ona görə də sonuncu ümid yerti kimi yenə də Ali Baş komandan kimi Sizə müraciət edirəm ki, bir müharibə iştirakçısı olan zabit olaraq xahiş edirəm ki, heç olmasa müalicəm üçün götürdüyüm 4000 manat borcumun qaytarılması üçün köməklik göstərilməsinə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürlər.
Tarix: 4-03-2021, 22:42
-
Bu gün, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Bu gün, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Bu gün, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Bu gün, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Bu gün, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Bu gün, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Bu gün, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Bu gün, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Bu gün, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Bu gün, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Bu gün, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
4-08-2026, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
4-08-2026, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
4-08-2026, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
4-08-2026, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
4-08-2026, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
4-08-2026, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
4-08-2026, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar