Təhsil Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda bağça, məktəb və universitetlərin virusa görə martın 3-dən 9-dək fəaliyyətini dayandıracağı ilə bağlı yayılan xəbərə izahat verib.
Strateq.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Cəsarət Valehov feysbuk hesabında açıqlama verib.
O, ötənilki məlumatı bu ilə uyğunlaşdırmamağı tövsiyə edib:
“Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”.
Tarix: 2-03-2021, 15:11