"Kapital Bank" qazilərə yardım adı ilə məcburi köçkünlərdən 5 manat tutub" - Ekspert


"Kapital Bank" qazilərə yardım adı ilə məcburi köçkünlərdən 5 manat tutub" - Ekspert
"Biabırçılıqdır, indi məlum olur ki, məcburi köçkünlərdən 5 manatı "Kapital Bank" tutub, həmin pul "Yaşat" Fonduna getsəydi, yenə dözmək olardı. Deməli, hər il "Kapital Bank" kart istifadəçilərindən 5 manat götürürmüş, bu ilə qədər həmin məbləği məcburi köçkünlərə görə "QaçqınKom" büdcədən ayrılan vəsaitdən ödəyib, bu ildən isə həmin xərci kart sahiblərinə yönəldib. Təsəvvür edirsinizmi, təxminən 600 minə qədər məcburi köçkün kartla çörək pulu alır. Bu o deməkdir ki, hər il 3 milyon manata qədər (600 000 x 5 manat) vəsait "Kapital Bank"a ödənilib".
Yeniavaz.com xəbər verir ki, iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, əvvəllər komitə tərəfindən ödənilən sözügedən vəsait bu il məcburi köçkünlərin özlərindən tutulub və etiraz etməmələri üçün həmin vəsaitin "Yaşat" fonduna köçürüldüyü deyilib:
"Bu il isə həmin məbləği məcburi köçkünlərdən çıxardırlar. Məcburi köçkünlər də səsini çıxartmasınlar deyə, onları aldadırlar ki, deyirlər ki, danışmayın 5 manatı "Yaşat" Fonduna tuturuq, qazilərə xərclənəcək.
Bununla əlaqədar 2 xüsusi qeydim vardır.
1) ABŞ-da, Avropda, Türkiyədə bir çox banklar kartdan istifadəyə görə ödəniş haqqı hesablamır. Əksinə, həmin banklar kredit kartdan istifadə etdikcə, bank xərcləmələrin 1-5 faizinə qədərini əlavə olaraq hesablayıb kart sahibinə qaytarırlar.
2) Bildiyim qədər Azərbaycanda da kartları pulsuz verən banklar vardır. Onda sual olunur, nədən məcburi köçkünlərə, pensiyaçılara kart mütləq "Kapital Bank"dan verilməlidir? Çünki, "Kapital Bank"ın səhmlərinin 99.87 faizi “Paşa Holdinq”ə məxsusdur".
Tarix: 27-02-2021, 11:15
Xəbəri paylaş



Xəbər lenti