Oğurluq pullarla tikilmiş imarətləri necə milliləşdirməli - AKTUAL
Hökumət daxilində aparılan “təmizləmə” əməliyyatları çərçivəsində həbs edilən, işdən çıxarılan, habelə, bu gün də vəzifədə olan məmurların mənimsədiyi milyonlarla manat vəsaitlə yanaşı, onların dəbdəbəli villaları da müzakirə mövzusudur. Bu adamların milyonluq, gözqamaşdıran imarətləri ictimai qıcıq yaradır. Sosial şəbəkələrdə bu mülklərin fotoları, videoları yayılır. Hamı da bilir ki, bu saraylar dövlətdən, xalqdan oğurlanan pullarla inşa edilib.
Tutulan, istintaqa çağırılan sabiq və indiki məmurların taladığı vəsaitlərin bir hissəsi geri qaytarılır. Bəs onların mülkləri, oğurluq pullarla tikdirdikləri evlərin bir qismi də müsadirə oluna bilərmi? Bu həm də ictimai gərginliyi azaltmaq üçün lazımdır. Həmin evlərin bir neçəsi müsadirə olunarsa, xalqın qəzəbi xeyli azalar. Bu imarətlərin məhkəmənin qərarı ilə dövlət tərəfindən müsadirə edilməsi gözlənilsə də, hansı təyinat üçün istifadə ediləcəyi sual altındadır. Ancaq ictimaiyyəti narahat edən məsələlərdən biri də məmurların villalarının sökülməsi təcrübəsidir. Xatırladaq ki, bu artıq bir neçə dəfə baş verib. İctimaiyyət nümayəndələri isə hazırkı şəraitdə mənimsənilən dövlət vəsaiti hesabına tikilən villaların sökülməsini deyil, müxtəlif sosial təyinatlar üzrə istifadəsini təklif edirlər. Bu məsələ ilə bağlı sosial şəbəkələrdə də illərdir ki, müzakirələr gedir.
“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyb ki, məmurlardan belə imarətləri geri almazdan əvvəl məsələ hüquqi müstəvidə çözülməlidir: “Azərbaycanda illərdir ki, maliyyə amnistiyası müzakirə mövzusudur. Fikrimcə, ən yaxşı çıxış yolu da budur. Elan olunmalıdır ki, bu günə qədər dövlətdən, yəni xalqdan oğurlanan pullar hesabına qurulan bizneslər, tikilən imarətlər, xaricdə alınan əmlakları bəyan edən indiki və keçmiş məmurlara güzəştlər olacaq. Xalqdan oğurlanan pullar hesabına əldə edilən varidatın 20-25 faizini saxlamaq şərti ilə qalanı xalqa qaytarılmalıdır. Əgər maliyyə amnistiyası veriləndən sonra bu və ya digər məmurun bəyan etmədiyi əmlak müəyyən olunarsa, həmin məmur uzun müddətli həbsə alınmalı, bütün əmlakları araşdırılıb oğurluq pullarla əldə edilməsi məhkəmə yolu ilə sübuta yetiriləndən sonra müsadirə olunmalıdır”.
Hüquqşünas təklif edir ki, məmurların əmlaklarının araşdırılması üçün komissiya yaradılmalıdır: "Azərbaycan müharibədən çıxmış dövlətdir. İşğaldan azad edilmiş ərazilərimizdə görülməli olan xeyli iş var. Azad edilmiş torpaqlara tez bir zamanda əhalimizin qaytarılması üçün infrastruktur yaradılmalı, iş yerləri açılmalıdır. Oğurlanan dövlət resurslarını, büdcə vəsaitlərini də geri qaytarmaq lazımdır. Əgər külli miqdarda dövlət vəsaiti mənimsənilibsə, bunun geri qaytarılması bir tələb olmalıdır. Aydındır ki, imarətlər oğurlanan milyonların kiçik bir həlqəsidir. Qiymətli daşlar, xaricdə saxlanılan pullar, ləl-cəvahirat, xarici ölkələrdə alınmış mülkiyyət oğurluq pulların saxlanılması üçün bir üsuldur. Şübhəsiz ki, bunlar müsadirə olunmalı, hərraca çıxarılmalıdır. Bütün bunlar qanun çərçivəsində həyata keçirilməlidir ki, illər sonra həbsdən çıxan məmur həmin əmlaklara iddia edə bilməsin".
Hüquqşünas deyir ki, imarətlərin sökülməsi doğru yol deyil: “Elə bir qərar verilməlidir ki, bu heç bir halda şübhə altına alınmasın. Həbs olunan hər məmurun evi sökülmək məcburiyyətində deyil. Bu həmin şəxsin mülkiyyətidir, orada onun ailəsi yaşayır. Ancaq müsadirə edilib hansısa təyinat üzrə istifadə ediləcəksə, bunun üçün dövlətin müvafiq qurumları var, sosial fondları var, onlar qərar verə bilərlər”.
Hüquqşünas deyir ki, Abşeron sahillərini zəbt edən imarətlərin böyük əksəriyyəti indiki və keçmiş iri ranqlı məmurlarındır: “Sabiq nəqliyyat naziri Ziya Məmmədovun imarətləri haqda videolara baxanda düşünürsən ki, görəsən, bu adamın atası, babası kim olub? Bunca varidatın mənbəyini göstərə bilərmi? Bir nazirin maaşı nə qədərdir ki, ölkənin bu başından o başına qədər bir-biri ilə bəhsə girən 10-15 imarət tikib? Bu adamları bir-bir çağırıb həmin imarətlərin mənbəyini aydınlaşdırmaq lazımdır. Heç bir halda həmin imarətlər sökülməməlidir. Abşeron boyunca, Xəzər sahillərini zəbt edən həmin o imarətlərdə xalqın övladları üçün yay düşərgələri, istirahət mərkəzləri açılmalı, digər sosial obyektlər yerləşdirilməlidir. Elə şərait yaratmaq lazımdır ki, korrupsioner məmur xalqdan oğurladığı əmlakı heç bir şərtsiz təhvil versin. Xalqın sərvəti ilə tikilmiş bu əmlaklardan dövlət və millət mənafeyi üçün istifadə olunmalıdır”.
“Yeni Müsavat”
Tarix: 25-02-2021, 09:00
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO
-
20-09-2026, 12:45
Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ - Nəqliyyat sistemindən boş vədlərə, oradan holdinq rəhbərliyinə
-
20-09-2026, 12:44
Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video