Yağışdan sonra Bərdə yol-istismar idarəsinin qarşısında...- FOTO


Pis hava yoxdur, pis şərait var. Yəqin ki, belə bir fikirlə hamı razılaşar.Adətən yağışın, qarın düşməsini romantik əhval-ruhiyyəyə bağlasalar da Bərdədə belə hava şəraiti olanda həmən ovqatdan əsər-əlamət olmur. 
Ona görə ki, küçələrin palçığı dizə qədər qalxmasa da ən azından topuq boyunca ayaqqabıları batırır.Yolların dərin çalalarında gölməçələr yaranır.
Bu gün də yağışdan sonra sosial şəbəkələrdə Bərdənin mənzərələri paylaşılıb. Həmişəki kimi 43 saylı Yol İstismar İdarəsinin qarşısından keçən yol yağış suları ilə dolub. Hərəkətdə olan nəqliyyat vasitələri sözün həqiqi mənasında üzürlər.Paylaşılan şəkillərə də xeyli sayda bərdəli maraqlı şərhlər yazıblar.
Rəy yazanlardan biri, Müşfiq Məmmədov bir cümləlik fikri ilə bildirir ki, “ ümumiyyətlə yağış özüylə dilxorçuluq və çətinliklər gətirir”.
Fəxri Hacıyev isə yumor hissi ilə qeyd edib ki, “xaricilər üzən yol yaratmağa çalışır.Xəbərləri yoxdur ki, Bərdədə üzən yol uzun illərdi ki var.” Yəni ki, buralar həmişə belə olur. Problemlər həllini tapmır.
Vüsal İsmayılov isə hesab eliyir ki, 43 saylı Yİİ-nin rəisi İlham Əzimov  işə gəlmir. Yoxsa, mənzərəni görüb, idarənin qarşısına yığılan yağış sularının ərazidən götürülməsinə göstəriş vermiş olardı.
Xülasə, ən yaxşısını obyektivdən çəkilən  fotolar deyir. Ümid edək ki, fotofaktla tanış olan səlahiyyətlilər gördüklərindən ibrət götürməklə mövcud mənzərəni dəyişmiş olacaqlar. Heç olmasa gələn yağışlardan sonra yolçular yolların rahat gedə bilsinlər. Gözəl yağışa , Allahın, təbiətin bu gözəl nemətinə görə dilxor olmasınlar, əksinə həmişəki kimi desinlər ki, göydən nur yağır.Media1


Tarix: 21-02-2021, 07:54
Xəbəri paylaş



Xəbər lenti