Razim Məmmədovun “davamçısı” Rafiq Quliyev - Eyni yol, eyni aqibətə aparır...
Təxminən 400 min əhalisi olan Xətai rayonunun sakinləri ozamankı icra başçısı Razim Məmmədovun zülmündən bezmişdi. Gündə 2 kilo dana əti yeyib sonra “Səkinə day qızı, naynay” mahnısına oynayan Razim Məmmədov vəzifədən gedəndə sakinlər sevindilər ki, zülm bitdi.
Ancaq yeni icra başçısı Rafiq Quliyev sakinlərin bu etimadını doğrultmadı. Əslində doğrulda da bilməzdi. Çünki Rafiq Quliyev Razim Məmmədovun idarəçilik məktəbini keçmişdi.
Təsəvvür edin ki, indiki başçı Rafiq Quliyev 23 yaşından Razim Məmmədovdan dərs almışdı.
1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.
2012-ci ildən 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. 2019-cu ilin sonunda Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
İndi gördünüzmü bu adam 23 il Xətai RİH-də çalışıb, Razim Məmmədovun yetişdirməsidir.
Ona görə də belə birindən yaxşı, mütərəqqi nəsə gözləmək özü mənasızdır. Axı, Xətai camaatına rəzaləti təkcə başçı Razim Məmmədov deyil, onun işçiləri olan Rafiq Quliyev kimilər də yaşadıb. Xətaidə kəsilən ağacların, məhv edilən yaşıllıqların, satılan obyektlərin, istirahət məkanlarının, küçə ticarətinin pullarını Razim Məmmədov gedib yığımırdı. Rafiq Quliyev kimi şöbə müdirləri, müavinlər bu işi icra edirdilər. Belə olan halda yeni icra başçıdan nəsə gözləməyin yeri yox idi. Və həqiqətən də icra başçısı təyin olunandan qısa zaman sonra Rafiq Quliyevin rayondakı qəssabxanaları, qoyun sürüsü və daha ekzotik işləri barədə mediada məlumatlar yayılmağa başladı.
Və Razim Məmmədov Rafiq Quliyevin yanında yalan oldu. Hətta məsələ o qədər qəliz oldu ki, sakinlər Rafiq Quliyevin obyektlərindən gələn əcaib səslərdən bəhs etdilər. Bəli, təəccüblənməyin, əcaib səslər.
Sən demə başçının rayon ərazisində yerləşən və icarəyə verdiyi obyektlərdən gecələr elə səslər gəlir ki, sakinlər səhərəcən yata bilmir. Həmin obyektlərdə nə iş görülür, gecələr orda nəqayrılır, nə istehsal edilir, bunu ancaq səlahiyyətli orqanlar araşdıra bilər.
Rafiq Quliyev də digər oliqarx məmurlar kimi obyektlərini öz adına deyil, qohum-əqrəbasının adına sənədləşdirib. Belə obyektlərdən bir neçəsini icra başçısı Rafiq Quliyevin kirvəsi İntiqam idarə edir.
Rafiq Quliyevin Xətai ərazisində yerləşən bir neçə avtoyuma-moykası da əhalinin narazılığına səbəb olur. Bütün günü, gecə-gündüz işləyən bu “moyka”lar ətrafda ciddi narahatlıq yaradır. Bu barədə sakinlər dəfələrlə dövlət orqanlarına şikayət ünvanlasalar da heç bir faydası olmayıb.
Daha öncə Gundelik-baku.com da videofaktlarla dərc etdiyimiz yazıdan açıq-aydın görünür ki, Rafiq Quliyev Xətai rayonunun mərkəzi küçələrini özünün ət dükanlarların yanında saxladığı mal-qara üçün ''otlaq'' yeri edib.
Bax, bütün bu sadaladıqlarımız onu bir daha sübut edir ki, Rafiq Quliyev kimi icra başçıları vətəndaşları hakimiyyətdən narazı salmaqla, öz şəxsi bizneslərini artırırlar.
Ancaq Rafiq Quliyev yaxşı olar ki, həbs olunan 7 icra başçısının qəzasını göz önünə gətirsin... //gundelik-baku.com//
Tarix: 18-02-2021, 17:03
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO
-
20-09-2026, 12:45
Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ - Nəqliyyat sistemindən boş vədlərə, oradan holdinq rəhbərliyinə
-
20-09-2026, 12:44
Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video