“Əgər kiminsə evinin qarşısındakı həyət fərdi həyətyanı sahə kimi təsbit edilibsə, yəni çıxarışda qeyd olunubsa, orada ağac kəsintisi, yaxud ağacın yer dəyişimi mümkündür və bu, cəriməyə səbəb olmur”.“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzən kimsə evinin qabağındakı sahədə olan ağacları kəsir:
“Həmin həyətin ona aid olmadığını bilsə də, bunu edir. Təbii ki, bu cəriməyə səbəb olur”.
Tarix: 17-02-2021, 08:44