İqtisadçıdan BNA-ya cavab: “Bir BNA-nın qulu çıxıb demir ki, ay millət”…



“İki gün öncə avtobus zolaqları ilə bağlı yazdığım statusa görə BNA-sevərlər üzərimə gəldilər, halbuki dediklərim çox sadə idi”.

Turantv.az xəbər verir ki, bu barədə özünün facebook səhifəsində iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bütün məsələlərə planlı, düşünülmüş və  kompleks baxmağın lazım olduğunu deyib: “Avtobuslar üçün ayrıca zolağın olması problem deyil, hətta vacibdir. Dərd bütün addımların düşünülmədən atılmasıdır. “BNA”-çılar israrla sübut etməyə çalışırdılar ki, dünyanın hər yerində belədir. Amma dünyanın inkişaf etmiş ölkələrində kompleks yanaşma mövcuddur – velosiped yolları, piyada gəzmək üçün geniş tratuarlar, tramvaylar, elektrikli samokatlar və sairə. Siz bunları görməyib ancaq dar küçələrdə avtobus zolağı salırsınızsa, bu yaxşı iş görmək deyil”.
Natiq Cəfərli deyir ki, şənbə və bazar günləri ictimai nəqliyyat işləmir, avtobuslar yollarda yoxdur, amma o zolaqlarla bağlı rəsmi açıqlama verilmir. Bu, absurdun pik nöqtəsidir: “Bir BNA-nın qulu çıxıb demir ki, ay millət şənbə-bazar o xəttlər qüvvədən düşmüş hesab olunur, cərimə yazılmayacaq. Bəlkə də artıq YPX cərimələri yazır. Soruşsan niyə yazırsan, avtobus yoludur deyəcək, desən bəs avtobus hanı – qarajda cavabını verəcək. Bax belə məntiqsiz işləyirsiniz, sonra da tənqiddən inciyirsiz”.
Tarix: 13-02-2021, 21:34
Xəbəri paylaş



Xəbər lenti