Dövlət Sosial müdafiə Fondundakı qanunsuzluqlar çərçivəsində aparılan istintaqla bağlı bəzi məqamlar üzə çıxıb.
Bu barədə Axar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, DSMF-nin bəzi deputatlara yaşı çatmamasına və səhhətində heç bir problem olmamasına baxmayaraq, saxta yolla pensiyaya çıxartdığı bəlli olub.
Axar.az-ın redaksiyasına sözügedən deputatların adları da təqdim edilib, onların arasında hazırda deputat fəaliyyətini davam etdirənlər də var.
Qeyd edilib ki, bu sənədlərin hazırlanmasında iştirak edən DSMF-nin sabiq vəzifəli şəxsi artıq saxlanılıb. Onunla bərabər daha bir neçə nəfərin də həbs olunacağı istisna edilmir.
Tarix: 3-02-2021, 23:43