“JEK”lərin fəaliyyəti qadağandır: “Ödəniş etməyin!”


"JEK”lər 1983-cü ildə Azərbaycan SSRİ tərəfindən qüvvəyə minmiş Mənzil Məcəlləsi əsasında yaradılıb. Bu Məcəllə isə artıq qüvvədən düşüb. 2009-cu ildə Azərbaycan özünün müstəqil Mənzil Məcəlləsini qəbul edib. Yeni Mənzil Məcəlləsində Mənzil İstismar Sahələri nəzərdə tutulmur.


Yəni Məcəllədə insanlar özləri özlərini idarə edə bilər və yaxud hər hansı binanı idarə etmək üçün özəl şirkətə verə bilər. Bu zaman mənzil haqqı insanların özləri tərəfindən müəyyən olunur və qanunvericilik bunu tənzimləyir. 


Yeni Mənzil Məcəlləsin qəbul olunmasına rəğmən, artıq 11- ildir ki, "JEK”  hələ də fəaliyyət göstərir.


Onların fəaliyyət göstərməsinin qanunsuz olması bir tərəfə, hələ gəlib əhalidən ödənişlər də yığırlar. 


Millət vəkili Fazil Mustafa da üstünə basa-basa bir daha söylədi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Mənzil Məcəlləsində "JEK”lərin fəaliyyəti qadağandır:


"Bir vətəndaş olaraq məni də düşündürür ki, fəaliyyəti qanunla tənzimlənməyən "JEK”  niyə  var?”.


Ekspert Ramil Osmanlı isə söyləyir ki, alternativlər o qədər çoxalıblar ki, jeklərin fəaliyyətinə ehtiyac yoxdur:


"Əsasən "xurşovka”, "stalinka”, "italyanka”, "fransız” layihələrində bunların idarə etməsi ilə bağlı  məşğul olan hər hansısa  özəl və ya dövlət təşkilatı mövcud deyil. Belə olanda əlbəttə ki, "JEK” peyda olur. Su, təmir, lift pulu kimi ödənişlər yığırlar. Bu ödənişləri bələdiyyə də vətəndaşlardan istəyir. Buna görə də vətəndaşlar ödənişi nə üçün etdiklərini araşdırsınlar, sonra ödəniş etsinlər”.


Millət vəkli Erkin Qədirli isə söyləyir ki, yeni tikilmiş çoxyaşayışlı mənizllərdə sakinlər özləri birləşib binanın idarə etmə sistemini təşkil edə bilərlər:

 

"JEK” anlayışı Sovet dövründə tikilən binalarda qalıb. Burada yaşayan vətəndaşlar binlarının idarəçiliyini edə bilərlər. Bizdə nəyinki "jek”lərlə  bağlı, Mənzil və Komunal sahəsinin ciddi islahatlara ehtiyac var. Bazarda komunal xidmətlər inhisardadır.


Su "Azərsu”da, qaz "Azəriqaz”dadır. Paylayıcı şirkətləri seçmək vətəndaşların imkanı yoxdur. Xaricdə komunal xidmət göstərən şirkətlər bazarda rəqabət aparırlar. Vətəndaş bir şirkəti bəyənməyəndə digərləri ilə əməkdaşlıq edir. Bu səbəbdən də komunal xidmət göstərən şirkətlərin keyfiyyəti də artır. Bizdə isə inhisardır. Bəyənsən də, bəyənməsəndə eyni şirkətlə işləməli olmalısan”. 


E. Qədirli əlavə edir ki, "JEK”lər yaşayış yerindən arayış üçün lazım idi. İndi artıq bunun üçün də lazım deyil:

 

"Bununla bağlı Konustutsiya Məhkəməsinin qərarı oldu ki, bu sənədi tələb etməyə ehtiyac yoxdur. Şəxssiyyət vəsiqəsi ilə məsələ operativ həll olunur. Sovet vaxtında talon verirdilər, indi bu da yoxdur.


Sonra binanın təmirində iştirak edirdilər. Buna da ehtiyac yoxdur. "JEK”in bütün funksiyaları gündəmdən düşüb. "JEK”lər təsirsiz bir qurumdur, havayıdan büdcəyə yük olurlar. Vətəndaşlar "Jek”lərə ödəniş etməsinlər”.


Report
Tarix: 3-02-2021, 22:28
Xəbəri paylaş



Xəbər lenti