Dəfələrlə Space kanalının əməkdaşlarının dələduzluğu haqqında mətbuatda məlumatlar yayılıb. Kanalın proqram departamentinin keçmiş rəhbəri Tamara Məmmədovayla, digər keçmiş işçisi, yüzdən çox insandan pul alıb sonda ölkədən qaçan Vüqar Ağayevlə bağlı qalmaqallar olub, hətta iş məhkəməyə qədər gedib çıxıb.
BBGT.az-ın məlumatına görə, bu işçilər “ keşmiş” olsa da, telekanala məxsus bu ənənə heç də keçib ketməyib. Estafet olaraq başqa işçilərə ötürülüb. Nəticədə kanalda dələduzluqla məşğul olmaq adi hala çevrilib.
Belə ki, bu yaxınlarda kanalın “ağsaqqalı”, təsərrüffat işləri üzrə müdir Ziya Bayramovun da həmin “gizli məşğuliyyətin” fəal üzvü olduğu aşkarlanıb. Məlumdur ki, sözügedən kanalı işçiləri aylarla maaş almırlar, kanaldan çıxıb getmək üçün daha qarantiyalı iş sorağındadırlar. Bunu gözəl bilən Ziya müəllim bir-bir işçilərə yaxınlaşaraq daha “pullu” iş təklif edir, sonra da onları guya bu məsələdə mahir olan Rasim adlı bir şəxslə tanış edir. Rasim həmin şəxsləri güvənilir dövlət işi tapacağı adıyla həvəsləndirib, bəri başdan iki min manat məbləğində pul alır.
Tamaşa isə bundan sonra başlayır. Rasim yoxa çıxır, Ziya isə zərərçəkəni “ehtiyatsız edib pul verməkdə” günahlandıraraq yaxasını qırağa çəkir. Nəticədə onun Rasimlə birgə qurduğu tora düşən çarəsiz insanların sayı artır.
Oxşar hadisə bu yaxınlarda Spacedən işdən azad edilmiş
“El bizim, sirr bizim” verilişinin keçmiş prodessoru Səbuhi Musayevin başına gəlib. Səbuhi redaksiyamıza müraciət edərək, başına gələn hadisəni danışıb. Ziyanın onu Rasimlə necə tanış etməsini, Rasimin işə düzəltmək adıyla ondan iki min manat pulu alaraq necə yoxa çıxmasını detallarıyla danışıb.
“Əlimdə həm Rasimin, həm də Ziyanın faktı təsdiq edən səs yazıları var”,- deyə zərərçəkən bildirib. “ Lazım olsa, bu faktları həm sizə, həm də məhkəməyə təqdim etməyə hazıram”. Sitatın sonu.
Nə deyək, yaxşı tamaşadı, rejissorlarına bərəkallah. Ola bilsin, Vaqif Mustafayev işçilərinə vicdanla işləmək əvəzinə yaxşı “Yaramaz” filmi çəkməyi aşılayıb…
Tarix: 2-02-2021, 16:59