Bakıda poliklinikada biabırçılıq: Jurnalist şok faktı açıqladı

Bakıda poliklinikada biabırçılıq: Jurnalist şok faktı açıqladı


Azərbaycanda poliklinikada biabırçı hal yaşanıb.

AMİA.AZ xəbər verir ki, bu barədə jurnalist Amil Xəlil sosial şəbəkələrdə paylaşıb edib.

Jurnalist 15 saylı poliklinikanı sərt tənqid edib.

Sözügedən postu təqdim edirik;

Deməli Biləcəridə 15 saylı poliklinika var. Buranın arxiv sənəd şöbəsinin işçiləri qədər görəsən səhlənkar insanlar var?

Təsəvvür edin, burada nə qədər insanın sənədləri itir. Deyirsən ki, "niyə xəstələrin məlumat kitabçası yoxdur?" Cavab qısa olur: "itibdəəəə" Elə bil belə də olmalıdır. Misalı özümüzdən çəkim. Bizə aid məlumat kitabçası 3-cü dəfədir itir. Keçən il bir tanışın sənədi isə rəhmətə gedənlərin bölməsindən tapılmışdı.

Səhiyyəmizin bu günü. Belə işçilərə görə insanlar səhiyyədən bezir. Söz yox ki, 15 saylı poliklinikada güclü həkimlər var. Amma belə öz başınalıq, belə səhlənkarlıq düşünmürəm ki, başqa polikilinikalarda olsun...
Deyirlər ki, xəstə gedib özü yenidən arxiv sənədləri yığsın!!! Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yəqin ki, bir addım atacaq... Artıq addım atın... Bir xəstənin o qədər vaxtı yoxdur ki, yollara düşüb sənəd yığsın. Belə məsuliyyətsizlik olmaz!
Tarix: 22-01-2021, 21:41
Xəbəri paylaş



Xəbər lenti