160 min işçinin yaratdığı 2 milyard dəyər: Karantin yenidən sərtləşərsə, bundan məhrum qalacağıq


160 min işçinin yaratdığı 2 milyard dəyər: Karantin yenidən sərtləşərsə, bundan məhrum qalacağıq

"Bu gündən etibarən sərt karantin rejimi mərhələli şəkildə yumşaldılacaq. Azərbaycan həmçinin vaksinasiya prosesinə də başlayır. Əksər aparıcı ölkələrdə də bu prosesə start verilir. Bununla belə, hələlik qlobal pandemiyanın davam etmə müddəti ilə bağlı proqnozlar çox da nikbin deyil. Amma vaksinasiya uğurlu olarsa, o zaman pandemiya aprel ayınadək lokallaşdırıla bilər".
Cebhe.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkili qeyd edib ki, ölkəmizdə yumşalmadan sonra yenidən sərt karantin rejiminə qayıtmamağımız eyni zamanda, hər birimizin qaydalara əməl etməyimizdən asılı olacaq:
"Bir sıra Mərkəzi Avropa ölkələrin təcrübəsi göstərir ki, pandemiyanın lokallaşmasında qaydalara əməl etmə səviyyəsi aparıcı faktorlardandır. Sərt karantinin yenidən tətbiq edilməməsi iqtisadi baxımdan da vacibdir. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81.5 min vətəndaşımız çalışır.
Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Bu baxımdan, həm sağlamlığımızı qorumaq, həm də iqtisadi təsirlər baxımdan qaydalara əməl edərək pandemiyanın lokallaşdırılmasına töhfə verməyimizə ehtiyac var".
Tarix: 18-01-2021, 10:44
Xəbəri paylaş



Xəbər lenti