Pandemiya sahibkarların dizini necə bükdü... - AKTUAL
Azərbaycanda sərt karantin rejiminin yaxın günlərdən bir qədər yumşalması qərara alınsa da, hələlik iri ticarət mərkəzlərinin, o cümlədən «Mall»ların fəaliyyətə başlaması yenə təxirə düşüb. Nəticədə indiyədək belə obyektlərdə çalışan iş adamları fəaliyyətlərini davam etdirmək üçün başqa yollar axtarmalı olublar.
FED.az xəbər verir ki, vaxtilə «Mall»larda iri mağazalarda çalışan iş adamları pandemiya başlayandan sonra bizneslərini davam etdirə bilmək üçün nisbətən kiçik ölçülü fərdi mağazalara köçürüblər.
Bu barədə FED.az-a iş adamı, bir neçə geyim brendinin satışları ilə məşğul olan Elxan Mərdanlı bildirib. Onun sözlərinə görə, «Mall»ların ümumiyyətlə qalması fonunda mağazaların işinə fasilələrlə də olsa icazə verilir, iş adamları buna biznesin tamamilə batmaması üçün «nəfəslik» kimi baxırlar: «Ticarət mərkəzləri bağlı olduğuna görə, əksər şirkətlər şəhərdə ayrıca mağazalar götürüb işləyirldər. Biz də bir neçə kiçik mağaza götürmüşük, heç olmasa küçə mağazalarından nəticə əldə etməyə çalışırıq».
İş adamı karantin tədbirlərinin bir qədər yumşaldılmasını müsbət hal hesab edir: «Qərarın müsbət tərəfi odur ki, əvvəla geyim mağazaları açılacaq, işləyə biləcəklər. Digər tərəfdən «SMS icazə» qaydası olmayanda şəhərə axın olacaq, müştərilər gəlib yerində alış-veriş edəcəklər».
Amma geyim sahəsində çalışan iş adamlarının başqa ciddi problemi var. Məsələ bundadır ki, hazırda bu sektorda çalışanların kolleksiyalarını təzələməsi vaxtıdır, hazırda qış kolleksiyaları satılsa da, yaz kollkeksiyalarının tədarükünü görmək tələb olunur. Amma bunun üçün sahibkarlarda pul qalmayıb: «İnsanlar onsuz da indiyədək qış kolleksiyalarından alırdılar, mağazada bu geyimlər var. İndi isə yaz-yay kolleksiyalarını gətirmək lazımdır. Bunun üçün vəsait yoxdur».
İş adamı bildirir ki, hazırda mağazalarda olan mallar satılıb qurtarandan sonra nə baş verəcəyi bilinmir: «Sahibkarlar hələlik əllərindəki kolleksiyalarını – qış paltarlarını satırlar. Amma bunlar satılıb qurtarandan sonra, nə satacaqlar - bu hələ bilinmir».
Kolleksiyanı təzələmək üçün isə kifayət qədər vəsait tələb olunur. Bu məbləğ markanın gücündən, səviyyəsindən və sair asılıdır: «Orta səviyyəli marka üzrə kolleksiyanın alınması üçün minimum 70-80 min dollar pul tələb olunur ki, 6 ay ərzində təqribən 80 kvadratmetrlik mağazanı təmin eldəcək qədər geyim gətirilsin. Hazırda sahibkarlarda bu məbləğ yoxdur»-deyə iş adamı bildirir. E.Mərdanlı bildirir ki, iş adamları dəstəyi dövlətdən gözləyirdilər, amma bu sahədə problemlər qalıb: «Dövlət tərəfindən dəstək olmalı idi, amma kredit məsələsi hələ də qalıb».
Yeri gəlmişkən, mütəxəssislər bildirir ki, pandemiyadan sonra insanlar daha yaxşı geyinməyə başlayacaqlar. Britaniyanrın kişi kostyumları istehsalçıları bildirir ki, pandemiyadan sonra insanlarda «geyinmək» arzusu baş qaldıracaq.
«The Guardian»ın məlumatına görə, «Richard James» brendinin rəhbəri Şon Dikson bildirib ki, karantindən sonra küçəyə çıxan insanlar öz geyimlərinə diqqətlə yanaşmağa başlayacaqlar: «İnsanlar daha yaxşı görünmək, özlərini ifadə etmək istəyəcəklər».
Üstəlik, ekspertlərin fikrincə, insanlar karantindən sonra daha ciddi stildə geyinməyə üstünlük verəcəklər. Məsələ bundadır ki, indiyədək evdən işlyən şəxslər idman və ya sərbəst stilli geyimlərdə idilər, indi isə ənənəvi ofis geyimlərinə qayıtmağa mənəvi ehtiyac yaranacaq.
Amma baş verən həyat tərzi stili dəyişikliyi özünü burada da göstərəcək.
Belə ki, artıq bəzi atelyelər şalvarları elestik qurşaqla – idman şalvarlarında olduğu kimi – tikirlər. Bundan başqa, bəzi brendlər hətta kostyumları da pencək şalvarı ayrı şəkildə satırlar.
Tarix: 18-01-2021, 09:48
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO
-
20-09-2026, 12:45
Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ - Nəqliyyat sistemindən boş vədlərə, oradan holdinq rəhbərliyinə
-
20-09-2026, 12:44
Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video