Marketlərdə "pinqvin" qadağası: Gələcəkdə pulla satıla bilər - VİDEO


Bu il yanvarın 1-dən etibarən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.
Buna baxmayaraq hələ də bir sıra market və mağazalarda plastik torbalardan istifadə olunur.
“Bizim Market” supermarketlər şəbəkəsinin Marketinq departamentinin direktoru Pərviz Əzimov “MediaPost”a bildirdi ki, polietilen tornbaların satışı ilə bağlı iclas keçirilib.
Ekologiya və təbii sərvətlər nazirliyinin sektor müdiri Mehman Nəbiyev “MediaPost”a açıqlamasında hazırda marektlərdə satılan polietilen paketlərin qalınlığının 15 mikrondan çox olduğunu deyib.
Nazirlik rəsmisi hazırda marketlərdə alıcılara pulsuz təklif olunan polietilen paketlərin gələcəkdə pulla satıla biləcəyini söyləyib.
Mövcud qadağa ilə bağlı tətbiq ediləcək cərimələrdən danışan Mehman Nəbiyev bildirib ki, nəzarət məsələləri ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.
Daha ətraflı videoda:


Tarix: 11-01-2021, 10:31
Xəbəri paylaş



Xəbər lenti