“Təsəvvür edə bilmirəm ki, Qarabağ köçkünləri içərisində kimlərsə “mən Qarabağa- doğma yurduma qayıtmıram” - desin”. Pravda.az xəbər verir ki, bunu ekspert İlham İsmayıl deyib.
İ.İsmayılın sözlərinə görə, ümumiyyətlə, bu məsələ arzu, istək, könüllülük prinsipi ilə müəyyənləşdirilməməlidir: “Bu gün evlə təmin edilən köçkün Qarabağa qayıtmaqdan imtina edirsə, dövlətin ona verdiyi mənzil geri alınmalıdır. Qarabağ köçkünlərinə “ getmək fikrin var, yoxsa yox” müraciəti olmamalıdır. Bərpa işləri qurtaranda, normal yaşayış şərtləri yarananda hamı qayıtmalıdır, hamı qayıtmağa məcbur edilməlidir. Ümumiyyətlə, bu strateji məsələdir və burda könüllülük prinsipi 1%-dən çox olmamalıdır, çünki sabah Yuxarı Qarabağa heç kim köçməz. Bəhanə də bu olar ki, erməni ilə təhlükəsiz yaşamaq şərtləri tam yaranmayıb. Belə durum perspektivdə düşmənə çox üstünlüklər verə bilər, hətta status məsələsini xüsusi qabartmış olar. Bu elə məsələdir ki, Azərbaycan dövləti lazım gəlsə bütün sərt inzibati tədbirlər həyata keçirməkdən çəkinməməlidir. Məskunlaşma bitər, gələcəkdə kim harda yaşamaq istəsə ora da köçər. Bu işdə dövlətin strateji hədəfi əsas götürülməlidir”.
Neqativ.com
Tarix: 11-01-2021, 08:28