Gəncə Şəhər Təhsil İdarəsinin müdiri haqqında Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT


                                                                                                                                                      Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
                                               

                                                                 
Müraciət

Çox hörmətli Cənab Prezident!

Bununla yazıb Sizə bildirirəm ki, mən və həmkarım 29 nömrəli tam orta məktəbin direktoru, Respublikanın əməkdar müəllim Hüseynov Valeh Məmməd oğlu, bizi 30 dekabr 2020-ci ildə heç bir əsaslı səbəb olmadan vəzifəmizdən kənarlaşdırdılar. Məsələ burasındadır ki, Gəncə şəhərində üç məktəb direktorunun 65 (altmış beş) yaşı tamam olmuşdur, hər üçümüz dörd ay idi ki, müqavilə ilə işləyirdik. Üçüncü direktor 5 nömrəli tam orta məktəbin direktoru İmranov Bəhram Əşrəf oğludur. O da, Respublikanın əməkdar müəllimidir. Hər üçümüz haqqında Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Təhsil Nazirinə məktub yazmaq istəmirdi. Mən, uzun mübahisələrdən sonra həmin məktubu yazdırmağa nail oldum. Amma bindan sonra hər üçümüz əməkdar müəllim olmasına baxmayaraq, Valeh müəllimlə mənə xitam əmri verildi. Bəhram müəllimlə isə, avqust ayının 31-nə kimi müqavilə bağlandı. Bu məsələ bizim üçün çox qaranlıq qaldı. Çünki, necə olur ki, Azərbaycanın digər rayon və şəhərlərində yaşı 65 (altmış beş) dən yuxarı , hətta 70-80 olan adi məktəb direktorları işdə saxlanıldı, yalnız biz ikimiz vəzifəmizdən kənarlaşdırıldıq. Çox qəribədir, şəxsən mənim titullarım hamısından üstündür. Mən və həmkarım Valeh müəllim 45 ( qırx beş) ildir ki, gənc nəslin təlim-tərbiyəsi ilə məşgul oluruq. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev də mənim şagirdim olub. 25 ( iyirmi beş) ildir ki, YAP-n üzvüyük. Ömrümüz boyu dövlətə və dövlətçiliyə xidmət etmişik. 1993-94 –cü illərdə müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılması və inkişaf etdirilməsində daim Ulu Öndər Heydər Əliyevlə Naxçıvan şəhəri Puşkin 75 mənzil 38 ünvanında yaşayarkən, hələ Ulu öndər Heydər Əliyev vəzifədə olmayanda belə onunla mütəmadi məktublaşmışam. Hətta Ulu Öndər mənə öz General Mayor şəklini də hədiyyə göndərib. Məlum 1994- cü il Gəncə hadisələri barədə məlumatı ilk dəfə Ulu Öndərə mən vermişəm. Bu barədə müraciətim o dövrdə Azərbaycan qəzetində dərc olunub. Üstəlik özüm, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvüyəm. “Qızıl Qələm” mükafatı laureatıyam. Prezident mükafatçısıyam, şairəm, 8 ( səkkiz) şeir kitabının müəllifiyəm. Onlarla şeirimi Ulu Öndərə və Cənab Prezidentə ithaf etmişəm. Təkçə Qarabağ müharibəsinə aid 3( üç) şeir yazmışam. Dəfələrlə mən və həmkarım Valeh müəllim, Təhsil Nazirliyi tərəfindən Fəxri Fərman almışıq. Valeh müəllim həm də, Təhsil əlaçısıdır. 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə keçmiş Sovetlıər dövründə mən “Əmək igidliyinə görə ” dövlət medalı ilə təltif olunmuşam. Həmin medalı 1981-ci il oktyabr ayının 16-da şəxsən Heydər Əliyev özü sinəmdən asmışdır. İndi bizim kimi fəxri adamları düşünülmüş formada, qərəzli şəkildə vəzifədən uzaqlaşdırdılar. Ona görə də, bizi bir məsələ düşündürür. Əgər bu qanuna uyğundursa, bu qanun hamıya şamil edilsin. Qanuna uyğun deyilsə, niyə şəxsən biz işdən azad olunmalıyıq. Bu məsələ Təhsil Nazirliyindən soruşulub, buna aydınlıq gətirilməlidir.
    
Cənab Prezident, bütün bunları edən, bu əməlləri törədən 2020-ci ilin iyul ayının 14-də Gəncə şəhər Təhsil İdarəsinə Rəis vəzifəsinə göndərilən Anar Qədiməliyevdir. Kimdir bu adam? Gəncə şəhər Aqrar Universitetinin Mühasiblik ixtisasını bitirən, bir müddət Gəncə şəhərində Acsess bankda işləyən, heç bir pedoqogikadan, psixologiyadan başı çıxmayan məktəb və təhsildən anlayışı olmayan bir şəxsdir. Onun Gəncə şəhərinə bu vəzifəyə təyin edilməsi Gəncə müəllimlərinə, Gəncə ziyalılarına, Gəncə təhsilinə və Gəncə ictimaiyyətinə söyüş və təhqirdir. Bu adam Gəncə şəhərində müəyyən müddət fəaliyyət göstərən, dövlət içində dövlət yaradan “Soros Həsən” deyilən adamın məktəbində təhsil almış, Sorosun tərbiyəsini götürmüşdür. Həmin “Soros Həsən”-dir ki, bu məsələləri dəqiq biləndən sonra Gəncə şəhərinin sabiq İcra başçısı Elmar Vəliyev onu şəhərdən həmişəlik qovaladı. Bax, Anar Qədiməliyev də, “Soros Həsən”-nin kadrıdır. Yəni o, Sorosa xidmət eləyir. Hətta Hərbi xidmətdə belə olmayıb. Bizə çatan məlumatagörə, rəis təyin olunanda Prezident Administrasiyanında söhbətdən keçməyib. Odur ki, belə bir adam sədaqətli dövlət işçilərini istəyə bilməz. Bu bir həqiqətdir. Bu məsələlər hamısı arasdırılmalıdır. Xüsusi ilə, sərt karantin dövründə biz nəyə görə vəzifəmizdən azad olmalıyıq. Məsələ bundadır ki, bizimlə bərabər Gəncə şəhərində neçə-neçə vicdanlı müəllimləri, məsələn 20 nömrəli məktəbdən Məhəbbət müəllimi, 10 nömrəli məktəbdən Rasim müəllimi, 13 nömrəli məktəbdən Vidadi müəllimi, 29 nömrəli məktəbdən Zabit müəllimi və s. kənarlaşdırdı. Biz bilirik ki,bütün bu işləklərdən Sizin xəbəriniz yoxdur. Sizə düz məlumat vermirlər. Təkcə Gəncə şəhər Təhsil İdarəsində özündən başqa neçə-neçə bank işçisi işləyir. Belə olmaz. Ermənilər Gəncə şəhərinə bomba atanda 29 nömrəli tam orta məktəbə də xeyli ziyan dəydi. Valeh müəllim bu adama zəng edəndə ki, məktəb dağılıb, ona cavab verib ki, mən yatıram, gələ bilmərəm sabah əlaqə saxlayaram. Səhər saat 11-də gələndə məktəbin içinə girməyib ki, ayaqqabım toz olar. Bundan hansı Vətənpərvərlik hissindən danışmaq olar. Hansı ki, Valeh müəllimin oğlu, Elçin Hüseynov və mənim kürəkənim Teymur Nağıyev 44 gün cəbhədə vuruşdular. Siz özünüz sərəncamla onlara medal da vermisiniz. Bu insan özünü idrədə mini Prezident kimi aparır. Məktəb direktorlarını, müəllimləri qəbul etmir. İdarəni jandarm üsul idarəsi ilə idarə edir. Hər yerdə də deyir ki, mən Nazirin göstərişlərini yerinə yetirirəm, Nazirin dostuyam, tələbə yoldaşıyam, Nazir məni yanına Nazir müavini aparacaq.
    
Cənab Prezident, biz Sizə dekabrın 30-da teleqramma da vurmuşuq. Hələ ondan bir xəbər yoxdur. Yuxarıda göstərdiklərimizi nəzərə alaraq, bizim hüquqlarımızın bərpa olunması üçün və bizə qarşı olan ədalətsizlik və haqsızlığa görə Sizə bir ölkə rəhbəri kimi müraciət edirik ki, bu barədə Təhsil Naziri Emin Əmrullayevə xüsusi göstəriş verəsiniz ki, bizimlə 31 avqust 2021-ci il taixədək müddətli müqavilə bağlansın. Çünki, bu işdə nə isə bir anlaşılmazlıq var. Bir sözlə Cənab Prezident ümid pənahımız, ümid yerimiz Sizsiniz.

Hörmətlə: 
İlham Musa oğlu Həsənov
Valeh Məmməd oğlu Hüseynov
Respublikanın əməkdar müəllimləri.
Əlaqə tel:  
mob: İlham Həsənov. 050-333-40-27      ev: 022-255-57-73
                        
Valeh Hüseynov. 050-678-12-00      Ev: 022-264-40-23
Tarix: 8-01-2021, 11:54
Xəbəri paylaş



Xəbər lenti