“Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu


“Sahil-İnşaat” MTK-dan mənzil alan bir qrup vətəndaş Prezident İlham Əliyev, Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib. ANAXEBER.info xəbər verir ki, vətəndaşların şikayəti şirkətin şübhəli fəaliyyəti ilə bağlıdır. Şikayətçilər bildirir ki, onlar şirkətin Yeni Günəşli qəsəbəsində “A-B”massivində inşa etdiyi yaşayış binasından mənzil alıblar. “Bina 15 mrtəbəlidir. Bir neçə ildir ki, inşa edilir. Hələ də tikitisi başa çatdırılmayıb. Sonuncu mərtəbədə tikinti işləri dayandırılıb. Şirkətin rəhbərliyi binanın ötən ilin noyabr ayında hazır olacağını bildirirdi. Amma deyilən vaxtdan bir ay keçsə də, bina hazır deyil”, - deyə şikayətçilər qeyd edib. Şikayətçilərin sözlərinə görə, onlardan əvvəl bu binada ev alanlara tikinti işlərinin 2019-cu ilin avqust ayında başa çatacağını bildirib. “Sahil-İnşaat” MTK-nın tikintini yubatması sakinlərdə müəyyən şübhələrə yol açıb. Onlar hesab edir ki, inşaat işlərinin dayandırılması maliyyə böhranı ilə əlaqədar ola bilər. “Şirkət tiktin işlərinin dayandırılmasının səbəbini izah etmir. Amma bizdə şübhələr var ki, maliyyə vəsaiti çatmır. Ona görə də bina yarımçıq qalıb. Binanın demək olar ki, bütün mənzilləri alınıb. Maliyyə çatışmazlığı əldə edilən olunan pulların qaranlıq məqsədlərə xərclənməsindən xəbər verir. Bu artıq dələduzluq əməlidir. Yəni, bina tikintisi adı ilə vətəndaşları aldadıb onların pulunu ələ keçirmək deməkdir. Bununla bağlı Baş prokurora müraciət edəcəyik”, - deyə vətəndaşlar bildirir. Onları narahat edən maliyyə çatışmazlığı üzündən tikinti işlərinin keyfiyyətsiz aparıla biləcəyidir: “Biz kreditlə, borcla ev almışıq. Hazırda da kirayə yaşayırıq. Tikinti işlərinin uzanması bir yana, ehtiyat edirik ki, maliyyə çatışmazlığı üzündən işlər keyfiyyətsiz aparıla bilər. Ona görə də Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik ki, binanın keyfiyyətini yoxlasın”. Vətəndaşlar həmçinin qeyd edib ki, yaxın vaxtlarda Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşmağı planlaşdırırlar.
ANAXEBER.info 
Tarix: 7-01-2021, 12:37
Xəbəri paylaş



Xəbər lenti