“Müharibədən sonra baş verən elə haqsızlıqlar var ki, heç bir əndazəyə sığmır və artıq susmaq mümkün deyil. Onsuz da hakimiyyətin bəzi addımlarından öz maraqları üçün istifadə edənlər bu hallardan maksimum yararlanırlar. Bu gün hakimiyyət nəhayət ki, Qələbə eyforiyasından çıxmalı və sadə vətəndaşları fikirləşməlidir”.
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov bildirib ki, vətəndaşların vəziyyəti isə çox pisdir: “Pandemiya ilə əlaqədar hər yer bağlanıb, insanlar işsizdir, bir tikə çörəyə möhtacdırlar. Pulu, adamı olanlar isə öz bizneslərini dayandırmayıblar, istənilən zövqdə restoran tapıb əylənə də bilərlər. Ona görə də hesab edirəm ki, əgər hakimiyyətin məqsədi bəzi öz adamlarına pul qazandırmaq deyilsə, təcili bir çox iş yerlərini, xüsusilə iaşə-məişət xidməti göstərən iş yerlərini açmalıdır. Bu tip yerlərdə işləyənlər məhz bir tikə çörəyə ehtiyacı olanlar, sahibləri isə oliqarx-məmur sinfi deyil”.
Tarix: 4-01-2021, 23:12