Sumqayıtda yeni turizm istiqaməti - qayıq və katamaranla küçələrdə səyahət (FOTOSESSİYA)
Bildiyimiz kimi, Sumqayıt şəhərinin magistral kanalizasiya xəttinin sıradan çıxması nəticəsində su təminatında ciddi problemlər yaranıb. Bu azmış kimi, bir sıra küçələri su basıb və üfunət qoxusu ətrafa yayılıb. Problemə səbəb şəhərin Bakı küçəsində, Sumqayıt Qaz İstismar Sahəsinin yaxınlığında olan təyinatı bilinməyən və sözügedən magistral xəttin üzərində tikilən böyük həcmli obyektdir. Üstəlik yağış sularının da əlavə olunmasından sonra acınacaqlı vəziyyətin qarşısını almaq bir müşkülə çevrilib. Fotolardan da aydın görünür ki, küçə boyu drenajlar da su axıntısının qarşısını ala bilmir və şəhər Venesiyanı "xatırladır". Hazırkı şəraitdə real görünməsə də, amma xəyalımızda aqua turizm - qayıq və katamaranla səyahət kimi turizm ideyaları canlanır. Fotomüxbir: Ramal Mahmudov Xeberle.com