Sabir rüstəmxanlı: “Qazlaşdırma üçün təxminən bir kilometrlik qaz xəttinin çəkilməsi lazımdır” “Rayonlarda kitabxanaların çoxu əsassız səbəblərdən bağlanıb. Kitabxanası, təhsili olmayan, kitab oxumayan millətin, ölkənin gələcəyi də olmaz. Hesab edirəm ki, yerlərdə kitabxanların, kitab mağzalarının açılması məsələsinə mütləq diqqət ayrılmalıdır”.
AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Xalq şairi, deputat Sabir Rüstəmxanlı deyib. Millət vəkili bildirib ki, kəndlərdə kitabxanalar bərpa olunmalıdır.
Kəndlərdə qaz problem olduğunu da qabardan deputat vurğulayıb ki, təmsil etdiyi Salyanın bir çox kəndləri qazsız qalıb: “Təsəvvür edirsiniz, İstiqlal şairi Xəlil Rza Ulutürkün kəndinin yanından qaz xətti keçir, amma o kənd hələ də qazlaşdırılmayıb”.
“Burada eyni kənddən, Yardımlının Hamarkənd kəndindən olan iki millət vəkili var. Biri mənəm, biri də Musa Qasımlı. Amma hələ də bizim kənddə qaz yoxdur. Ətrafımızdakı kəndlərdə qaz var, amma bizim kənddə yoxdur. Qazlaşdırma üçün təxminən bir kilometrlik qaz xəttinin çəkilməsi lazımdır. Mən hökumətdən mütləq şəkildə bu məsələni həll etməyi xahiş edirəm”, Rüstəmxanlı vurğulayıb.
Tarix: 29-12-2020, 13:10