“Vətən müharibəsindən sonra biz Azərbaycanın şərəfl, qürurlu vətəndaşıyıq”.APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.
Millət vəkili deyib ki, büdcə zərfinin elektron deyil, deputatlara gələcəkdə yenə də kağız, kitab formasında verilməsi yaxşı olardı: “Dünən Mərkəzi Bankın sədri deyir ki, büdcə kəsirindən narahatıq. Biz daha çox narahatıq”.
İqtisadiyyatın neftdən asılılığını tənqid edən T. Kərimli qeyd edib ki, şəhid, qazi ailələrinin qaz, işıq və suyu havayı olmalıdır: “İnsanlar bir balaca otağa yığılır, tez işığı söndürür. Şəhid, qazi ailələrinin işıq, qaz, su pulunu icra nümayəndələri, bələdiyyələr hansısa formada ödəməlidir, bunun bir yolu tapılmalıdır”.
Tarix: 25-12-2020, 15:41