Bütün dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası insanların sağlamlığından əlavə psixologiyasına da təsir edir. Pandemiyanın sürətlə yayılması səbəbilə əksər iş yerləri müvəqqəti olaraq dayandırılıb. Sərt karantin rejiminə keçid, iş yerlərinin dayandırlması insanların davranışlarında aqressiyaya səbəb olub.
Bəs insanlar bu aqressiyanı dəf edib, karantin günlərini necə keçirilməlidir?
Mövzu ilə bağlı psixoloji aspektlər barədə Modern.az-a tanınmış psixoloq Elnur Rüstəmov danışıb. O qeyd edib ki, pandemiya günlərində yaranan aqressiyanın səbəbi şəxslər arasındakı münasibətlərin pozğunluğundan irəli gəlir:
"Bu elə bir mövzudur ki, bir formulu yoxdur, insandan-insana dəyişir. Doğrudan da günəmuzd işləyən, evində səhhəti ilə bağlı problemləri olan insanlar var.
Bildiyimiz kimi, son zamanlar koronavirusun tüğyan etdiyi dövrdür. Bu günlərdə hər insanın özünəməxsus qayğısı var. İnsanlara pozitiv qalın demək olmur. Çünki bu pozitivliyi yaratmaq lazımdır. Sadəcə, insanlar mövcud şəraitin qaydalarına adaptasiya olub, bir müddət uyğunlaşmalıdırlar. Bu günlərdə ailə fərdlərinin həmrəyliyi çox vacibdir. Əgər ailədə şəxslər arasında münasibət nə qədər yaxşı olarsa, karantinin çətin mərhələsini rahat keçirərlər.
Qeyd etmək istəyirəm ki, sərt karantin rejimin tətbiq olunması ilə psixologiyamıza, əhval-ruhiyyəmixə təsir edəcək bir sıra faktorlar oldu.
Amma, ailədaxili münasibəti nəzarətdə saxlamaqla çətin günlərin öhdəsindən gələ bilərik".
Tarix: 22-12-2020, 16:46