Qarabulağın adını qaytarmalıyıq - Yaxud məskunlaşma inhisardan çıxmalıdır
Dövlət Turizm Agentliyi bu dəfə Kəlbəcərin gəzməli-görməli yerləri haqda videosüjet hazırlayıb. Güman edirəm, süjet qanunsuz yollarla Kəlbəcərə getmək üstündə Murov dağlarında yaxalanan və Göygöl rayon məhkəməsinin qərarıyla 1 aylıq həbsə məhkum edilən idmançı-bloqqer Kamil Zeynallının ailəsinə acıq (qarabağlılar buna “yandıq vermək” deyirlər) vermək üçündür. Yoxsa bu dəqiqə hansısa turizmdən danışmağın mənası yoxdur. Dövlət baba hələ də bəyan edir ki, işğaldan azad olunan torpaqlara getməyin, əks halda partlayarsınız. Zəhmətkeşlərimiz də partlaya-partlaya Bakıda-Şəkidə oturub Qarabağın haçan minadan təmizlənəcəyini gözləməkdədir. Məlum deyil hansı partlamağımız müsbət haldır. Ən absurdu ora səfərlərin qanunsuz sayılmasıdır. Yəni, Kamil Zeynallının bu saat Şahbaz və Dilqəmə oxşadığını Göygöl məhkəməsinin o gülməşəkər hakimcikləri dərk eləmirmi?
Hərçənd, administrativ qərarlar olmayanda Azərbaycan xalqının yaşamaq hüququnu əldə etməsi də imkansızdır. Bizə gərək başçılıq edən olsun, müstəqil yaşamağımız alınmır. Odur, karantindən milçək kimi qırıldığımızı görən anda hökumət təzədən “esemesə” keçdi, nəticədə yoluxma sayı ikiqat azaldı. Hələ gözləyin, lap azalacaq. Camaat bir maskaya naz edirdi, indi ikisini üst-üstə taxır. Hərçənd, neçə gündür məni bir sual düşündürür: görəsən adamın mobil telefonu olmasa, küçəyə çıxmaq hüququnu necə əldə etməlidir? Düzdür, deyilər bilər ki, telefonu olmayan yoxdur. Mən buna şübhə etmirəm, sadəcə, qanuni absurdu diqqətinizə çatdırıram. Eyni zamanda, Hoperativ Qərargahın keçən dəfələrdə elədiyim şikayətə hələ baxmadığını açıqlayıram: idman məqsədiylə, yaxınlığında kimsə olmayan ərazidə qaçışla məşğul olan adamların maska taxması nədən zəruridir? Sizə bekarçılıq mənasında verilən sual kimi görünməsin. Polisin qaçan adamın ardıyca düşüb “Maska tax, yoxsa cərimə olunacaqsan” deməsinə şahidəm. Bu axı tam absurd durumdur.
Hörmətli səlahiyyəti zatlar yazımızın içində ikən onlara bir təklifimi çatdırmalıyam. Bu təklif işğaldan azad edilən Füzuli rayonuyla, daha doğrusu, onun adıyla bağlıdır.
Füzuli şəhərinin qədim adı Qarabulaq olub. Şair Məhəmməd Füzulinin bu rayonda yaşayıb-yaratması hər hansı mənbələrdə təsdiqlənmir. O zaman niyə biz ərazinin toponimini dəyişmişik? Bunu sovetlər zamanı ediblər. Gəlin tarixi ədaləti bərpa edək, ən azı Füzuli şəhəri öz Qarabulaq adına qayıtsın. Üstəlik “füzuli” söz olaraq yaxşı mənalı söz deyil, ərəbcə “boşboğazlıq, lüzumsuzluq” anlamı verir. Şamaxının Saqiyan kəndini Günəşli-yə döndərən deputatxana buna da baxsın.
Bəlkə şəhəri dəyişib, rayonu Füzuli adıyla saxlamaq olar, hərçənd, onu da tarixi adına – Cavanşir adına çevirmək yaxşı olardı, çünki bu bölgənin türk elləri Cavanşir adıyla tanınıblar, Qarabağ xanı Pənahəli xan Cavanşir də o tayfaya mənsub imiş. Həmçinin, tarixi Arasbar adını rayona qoymaq olar. Şair Füzulinin adını yaşatmaq çox vacibdirsə, bunu başqa üsullarla edə bilərik. Məsələn, kitablarını oxumaqla. Kitab oxumaqla isə bizim o qədər də aramız yoxdur. Elə az oxuduğumuz üçün bu saat hər cür ara həkimləri, aptek dəllalları başımıza corab hörür, mənası olmayan dərmanları, plaseboları xalqa “koronadan mühafizə sistemi” adıyla sırıyır.
Qayıdaq Qarabağa. Həm mövzu, həm coğrafi baxımdan.
Dünən Şuşada ilk qənnadı dükanının açılması xəbərini gördüm. Yaxşı haldır. Bunun bütün azad edilən ərazilərimizdə tezliklə həyata keçməsini arzulayırıq. Hökumət bunun üçün xalqa ora qayıtmaqda minimal yardımını etsə bəsdir. Biz o yerlərə ən qısa müddətdə qayıtmalıyıq. Yurdlarımızdan insan səsi gəlməlidir. Yoxsa haçana qədər MN-in “Filan kəndin görüntüləri” adlı qorxunc sükutlu videolarını izləməliyik? Bu nə formatdı, siz Allah? Bunu kim fikirləşib? Mülki əhali yoxdur, barı əsgərlərimizin səsini verin. Nə bilim, bir quşun oxumağını tapın, səsini yayın. Küləyin, suyun səsini verin. Yoxsa iki aydır MN azad edilən torpaqlarımızdan ancaq “bir dəqiqəlik sükut” reportajları yayır. Sanki matəm yaşayırıq.
Minaların təmizlənməsi işinə yerli əhali cəlb edilməlidir. Köhnə döyüşçülər, qazilər var, uzun illər bizim istehkamçı bölüklərdə xidmət keçmiş minlərlə ehtiyatda olan əsgərimiz var. Onları dəvət edin, qısa müddətə hər yeri təmizləyəcəklər.
Zamin HACI
Tarix: 21-12-2020, 13:02
-
Bu gün, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Bu gün, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Bu gün, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Bu gün, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Bu gün, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Bu gün, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
4-08-2026, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
4-08-2026, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
4-08-2026, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
4-08-2026, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
4-08-2026, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
4-08-2026, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
4-08-2026, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
4-08-2026, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
4-08-2026, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
4-08-2026, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
4-08-2026, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!