Koronavirusa yoluxanların sayı çoxaldıqca cəmiyyətdə təşviş böyüyür. Adi baş ağrısı olan, bir balaca halsızlıq keçirən, belində və kürəyində az da olsa, ağrı hiss edənlər artıq özlərindən şübhələnməyə başlayırlar. NOCOMMENT ARB24-ə istinadən xəbər verir ki, belə insanlara testdən keçməklə qorxunu üzərlərindən götürmək təklif olunsa da, imtina edirlər. Bu insanlar analiz verməkdən qorxmurlar. Lakin analizlərin qiyməti bir çoxları üçün əlçatmazdır.