Abşeron rayonunun Xırdalan şəhəri hər axşam zülmətə qərq olur. Yüz minlərlə insanın yaşadığı, nəqliyyatın hərəkətinin sıx olduğu bu ərazidə axşamlar yola çıxmaq təhlükəlidir. Çünki göz-gözü görmür və küçələrdə işıqlanma yox dərəcəsindədir.
Reportyor.info-nun araşdırmasına görə, 2018-ci ildə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Xırdalanın işıqlandırılması üçün tenderdə “qalib” gələn “Comel A.N” MMC-yə nə az, nə çox 99999.81 manat deməkdir.
Lakin tenderdən 2 ildən çox vaxt keçsə də, nə şirkət öz işini icra edib, nə Abşeron İH tərəfindən hər hansı addım atılıb. Nəticədə Xırdalan qaranlığa qərq olub, sürücülər, piyadalar əziyyət çəkir və narazılıq yaradır.
Abşeron İH tərəfindən “ayrılan” vəsaitin hara getdiyi isə suallar doğurmaya bilməz. 100 min manata Xırdalanın axşamları gündüz kimi olmalıydı. Göründüyü kimi, ortada ciddi korrupsiya şübhəsi var.
Həmin “Comel A.N” MMC barədə internet resurslarında da heç bir informasiya əldə etmək olmur və şirkətin fəaliyyəti müəmmalıdır.
Eyni zamanda Abşeron İH tərəfindən küçələrin işıqlanması ilə bağlı hansı işlər görüldüyü haqda hər hansı rəsmi məlumata belə rast gəlinmir. İcra başçısı İradə Gülməmmədova isə rayonun gözəlləşməsindən, abadlaşmasından, gündən-günə işıqlı olmasından danışır.
Tarix: 14-12-2020, 16:09