“Abşeron rayon Xırdalan şəhəri 20 yanvar küçəsində hər gün saat 08:00-dan 12:00, bəzən 13:00-a qədər işıqlar sönür. Pandemiya ilə əlaqədar olaraq iki oğlum onlayn dərslərə qoşulmalıdırlar. Amma “Azərişıq” ASC-nin "böyük xidməti" sayəsində uşaqlar təhsildən geri qalırlar. Həmin ərazidə yaşayan Ayaz Qasımov adlı şikayətçi Pravda.az-a göndərdiyi məktubda bildirib ki, vəziyyət bir aydır, bu cür davam edir.
“Bu qədər qəza olar? Son vaxtlar *199 Çağrı mərkəzi də işləmir. Bilmirik, dərdimizi kimə deyək… Bu qədər məsuliyətsiz qeyri-ciddi idarə görməmişəm” – şikayətçi qeyd edib.
Tarix: 14-12-2020, 12:54