“Mənim baxışıma görə, valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu, doğru deyil. Amma valideynin məktəbə kömək etmək səlahiyyəti var”.
Yeniavaz.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, il ərzində bir neçə direktor buna görə, işindən azad edilib və bu proses yenə də davam etdiriləcək.