Ermənistan hakimiyyəti və hüquq-mühafizə orqanları Qarabağda müharibə zamanı çoxsaylı fərarilik hallarının araşdırılmasına başlamalıdırlar.
Pravda.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, respublikanın keçmiş hərbi komissarı, general-mayor Levon Stepanyan “Sputnik Ermənistan” radiosunun efirində bildirib.
“Hərbi mövqelərini tərk edən çoxsaylı fərarilərin olması döyüş əməliyyatlarının bir çox iştirakçısı və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təsdiqlənir. Biz bu vəziyyətdə nə edək? Əlbəttə, heç kəsə bağışlamaq olmaz. Amma digər tərəfdən, bu qədər sayda insanı cinayət məsuliyyətinə cəlb etmək də çətin ki, mümkün olsun”, - general-mayor deyib.
Stepanyanın sözlərinə görə, bu qədər insanı həbs etmək mümkün deyil, buna görə də onları cəzalandırmaq üçün alternativ yol tapmaq lazımdır. Əgər indi hakimiyyət bu fərarilik hallarına göz yumsa, bu, təhlükəli presedent ola bilər.
Tarix: 14-11-2020, 09:19