"Hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik".
Pravda.az xəbər verir ki, bu sözlər "Papa Johns" şirkətinin rəsmi saytında yazılıb.
Səhifədə paylaşılan yazıda qarşıdan gələn Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlanıb.
Həmçinin şirkət etdiyi səhvə görə, Azərbaycan xalqından üzr istəyib: "Biz Azərbaycan xalqını qarşıdan gələn Bayraq Günü münasibəti ilə təbrik edirik! Xalqımıza sülh və firavanlıq diləyirik. Bütün Azərbaycanlılara bayramlarımızı doğmaları ilə öz evlərində keçirmələrini arzu edirik.
Sosial şəbəkələrimizdə etdiyimiz paylaşımın və onun silinməsinin nəticəsində hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik"
Fotoları təqdim edirik
Tarix: 6-11-2020, 23:06