"Hamımızı ön cəbhədəki vəziyyət maraqlandırır. Bununla belə ötən gün koronavirusa yoluxanların sayı 1242 olub. Bu çox təhlükəli rəqəmdir. Əgər bu gün hər birimiz ön cəbhəyə kömək etmək istəyiriksə, ilk növbədə koronavirusdan qorunma qaydalarına riayyət etməliyik ki, hakimiyyət bütün gücünü ön cəbhəyə yönəltsin".
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov bildirib ki, bu gedişlə elə özümüz ön cəbhəyə problem yaradacayıq: "Ona görə də bir daha hamıdan çox diqqətli olmağı xahiş edirəm. Gərəksiz yerə görüşlərə, məclislərə getməyin. Ölkədə hərbi vəziyyətdir, karantin rejimidir və müharibə gedir. Bunu hər birimiz nə qədər tez anlayıb, məsuliyyətli yanaşsaq, o qədər tez bu çətin günləri birlikdə geri qoyacayıq".
Tarix: 4-11-2020, 07:55