Adil Vəliyevin buralardan xəbəri yoxdur... - ŞİKAYƏT
“Hələ yağışlar yağmır, amma görürsüz, hər yer palçıqdır. Yağış yağanda ətraf gölməçələrlə dolur. Neftin çirkabı da bir tərəfdən, yol keçilməz olur. Payızda-qışda avtobus dayanacağınadək rezin çəkmə geyinirik. Dayanacaqda ayaqqabımızı dəyişirik”. DİA.AZ bildirir ki, bunu Bakının Ramana qəsəbəsində neft buruqları ətrafında yaşayanlardan biri -Arif Səmədov deyir. Onun sözlərinə görə, artıq 18 ildir bu ərazidə yaşayır. Arifin problemlərinin nə vaxtsa həllini tapacağına ümidi qalmayıb.
Uzun illərdir Ramana ərazisindəki torpaqlardan neft çıxır. Son on ilədək neft buruqlarının ətrafında yüzlərlə ev tikilib, buruqlar da fəaliyyətdədir, mancanaqlar dayanmadan işləyir.
Ərazidəki evlərdə yaşayan uşaqlar neft, mazut gölməçələrinin ətrafında oynayırlar. Məhəllə sakinləri palçıqlı ayaqqabılarını elə bu gölməçələrin suyu ilə təmizləyirlər.
Arif Səmədovun həyat yoldaşı Nigar deyir ki, övladları yaxınlıqdaki 78 saylı orta məktəbdə oxuyurlar. Hər gün mazut gölməçələrinin içərisindən keçməklə uşaqlarını məktəbə aparır: “Doğrudur, koronavirusa görə hazırda məktəblər bağlıdır. Amma həmişə ayaqqabılarını uşaqların çantalarına qoyuram ki, məktəbə çatanda dəyişsinlər. Çünki məktəbə çirkli ayaqqablar ilə buraxmırlar”.
Paytaxtın Ramana, Suraxanı, Balaxanı, Sabunçu ərazilərində buruqların arasında torpaq sahələri digər ərazilərə nisbətən olduqca ucuzdur. İş tapmaq ümidi ilə Bakıya gələnlər, yaxud illərlə kirayədə yaşayanlar əlacsızlıqdan buralarda yurd salıblar.
Kirayə yaşamaqdansa bu ərazidən torpaq alıb ev tikiblər. Evlərinin demək olar ki, tam əksəriyyəti sənədsizdir.
Sakinlərdən Afət Məmmədova isə deyir ki, 6 yaşlı oğlu astma xəstəsidir. Buna görə də, evlərini dəyər-dəyməzə satmaq istəyir. Amma hələlik bu qiymətə digər ərazilərdən ev tapa bilmir.
Sakinlərin sözlərinə görə, son 2-3 ilə qədər yola daş-çınqıl töküblər. İndi ümumiyyətlə, bu ərazidə yaşayanlar yada düşmür.
Qəsəbə sakinlərinin problemləri yalnız yolla bitmir. Mazut gölməçələrinin kəskin iyi magistral yola qədər davam edir. Üstəlik yüzlərlə sakinin yaşadığı məhəllələrdə zibil qutuları yoxdur. Zibil küçələrə yığılır, bəzən elə gölməçələrin içərisinə atılır. Sakinlər deyirlər ki, zibil qutuları ilə bağlı bir neçə dəfə müraciət ediblər. Şikayətlərdən sonra əraziyə zibil qutuları qoyulub, amma maraqlıdır ki, bir neçə gündən sonra zibil qutuları elə müəmmalı şəkildə də yoxa çıxıb.
“Biz burdan ev alanda buruqlardan gələn radiasiyadan xəbərdardıq. Amma kənardan demək asandır, kasıblığın üzü qara olsun, kirayəyə pul çatdırıb verə bilmirdik, başqa əlacımız yoxdur”,- sakinlərdən biri deyir.
Ərazidəki evlərin köçürülməsi məsələsinə gəldikdə isə hələlik yaxın gələcəkdə köçürülmə planda yoxdur.
Tarix: 27-10-2020, 12:52
-
Bu gün, 13:28
“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO
-
20-09-2026, 12:45
Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ - Nəqliyyat sistemindən boş vədlərə, oradan holdinq rəhbərliyinə