Şəxsi mülkiyyətimdə olan klinikanın ("Loğmed" klinikası-red) həyətində insanların oturması üçün tikdirməyə başladığım "besedkanı" sökdürmək üçün Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları və polis səfərbər olunub.
Pravda.az-ın xəbərinə görə, bu barədə sabiq deputat Nazim Bəydəmirli məlumat verib.
"Sənəd də göstərirəm başa düşmürlər...Cənab prezident bu ölkədə necə bizneslə məşğul ola bilərəm ki, qanun mənim tərəfimdə ola-ola icra hakimiyyəti orqanlarında kiminsə qanunsuz göstərişi ilə mənə ziyan vurulur, əsəb verilir?" - N.Bəydəmirli qeyd edib.
Fotoları təqdim edirik
Tarix: 22-10-2020, 20:06