Yəqin nazir bu məsələyə seyrçi qalmaz... - Müraciət...

Sentyabrın 27-də başlanan Vətən müharibəsində qazanılan uğurlar xalqımızın illərdir həsrətlə gözlədiyi böyük qələbə gününün müjdəçisidir. Bu gün bütün xalqımız bir yumruq kimi Ali Baş komandanın ətrafında birləşərək öz müzəffər ordusuna dəstək nümayiş etdirir. Hamı bir amal,bir məqsəd uğrunda birləşib-torpaqlarımız düşmən tapdağından azad olunmalıdır! Siyasi mənsubiyyətindən,sosial vəziyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı böyük qələbəmiz üçün nəsə etmək istəyir, bu zəfərdə öz payının olmasını arzulayır. Bütün çəkişmələr bir kənara qoyulub, milli vəhdət, hərbi-vətənpərvərlik ən yüksək səviyyəyə çatıb.
Media mənsubu olaraq bu şərəfli günlərdə üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik. Cəmiyyəti doğru-düzgün informasiya ilə təmin etmək, eləcə də müharibə dövrünün qanunlarına əməl olunmasına, düşmən təxribatlarına yol verilməməsinə çalışmaq bizim əsas vəzifəmizdir. Unutmayaq ki,azğın düşmən həm də informasiya müharibəsi aparır və bu sahədə kifayət ədər rıçaqlara malikdir.
Müharibənin ilk günlərindən Ali Baş Komandanın bütün əmrlərinə uyğun olaraq öz fəaliyyətimizi hərbi qanunlara uyğunlaşdırmış, yalnız rəsmi və təsdiq olunmuş informasiyaları yayımlamışıq.
Vətənpərvərlik ruhunda yazılarla böyük qələbəmizdə az da olsa payımız olsun istəmişik. Bu gün kiminləsə şəxsi iddia, çəkişmə aparmaq məqsədimiz yoxdur. Azərbaycan əsgəri cəbhədə zəfər dastanı yazarkən bizim burada xırda çəkişmələrlə uğraşmağımız ən azından gülüncdür. Lakin...
İyul ayında saytımızda 20 saylı məktəb-liseyin direktoru Esmira Ağayeva barəsində məqalə dərc olunub. Yazıda direktorun fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirilib. Qarşı tərəf səsləndirilən tənqidlərin aradan qaldırılmasına çalışmaqdansa bizi məhkəməyə verərək şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə şikayət edib. Hətta bu da az imiş Yasamal rayon məhkəməsinə barəmizdə xüsusi ittihamla cinayət işi qaldırılması ilə bağlı müraciət etmişdir. Yasamal rayon məhkəməsinin hakimi Günel Əkbərlinin sədrliyi ilə işə baxılmış xüsusi ittiham rədd edilmişdir.
Demokratik cəmiyyətdə yaşayırıq və ən yüksək ranqlı məmurlar barəsində belə tənqidlər səsləndirilir. Cənab Prezident dəfələrlə jurnalistləri özünün ən yaxın dostu adlandıraraq bir çox məlumatları məhz onlardan aldığını bildirib. Biz də əlimizdə olan məlumatları ictimailəşdirməklə medianın təməl prinsiplərinə əməl etmişik.
Cənab nazir! Hesab edirik ki, barəsində tənqidi yazılar dərc etdiyimiz müavininiz M.Vəliyeva məhkəmələrdə ona qarşı qaldırılmış mülk iddialarının və nazir ola bilməmək acığını, yaxın qohumu E.Ağayevanın vasitəsilə bizdən çıxartmaq istəyir. Elə bu baxımdan məsələni xüsusi diqqətinizə götürməyinizi xahiş edirik. Pandemiyanın tüğyan etdiyi bu günlərdə məktəbdə tədris prosesini doğru-düzgün təşkil etmək əvəzinə E.Ağayeva gününü məhkəmələrdə keçirir. Əgər nəzərə alsaq ki, məktəbə təyin olunduğu vaxtdan az vaxt keçməsinə baxmayaraq böyük kontingenti olan məktəbin müəllim və valideynləri hətta texniki işçilər belə narazılıqlar yaradır. 20 saylı məktəb-liseydə hal-hazırda hökm sürən acınacaqlı durumla bağlı kifayət qədər məlumatımız olsa da yuxarıda sadaladığımız səbəblərdən susuruq. Azərbaycan əsgərinin qələbə xəbərlərinin yanında E.Ağayevanın yarıtmaz fəaliyyəti ilə bağlı hər hansı tənqidi yazının yayımlanmasını istəmirik. Elə xanım direktora da məsləhət görürük ki, diqqətini daha çox rəhbərlik etdiyi məktəbə yönəltsin. Bir də unutmasın ki, bu günlərdə bizim hamımızın şərəf və ləyaqəti səngərlərdə qorunur, məhkəmə salonlarında yox!
Nicat Mahmudov
Rubrika.Az
Tarix: 15-10-2020, 10:00
-
Bu gün, 14:16
Şəmkirdə bələdiyyə sədrləri Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi idarəsindən və onun rəisindən şikayət edirlər
-
Bu gün, 13:28
“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO