İnşaat sektorunda rəsmən özbaşınalıqdır - Nəzarət edən yoxdur...

Bu günlərdə Xətai rayonunda fəhlə evin damından yıxılaraq, aldığı xəsarətlərdən dünyasını dəyişib. Salyanda da ev tikitintisi zamanı fəhlə hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb, vəziyyəti orta ağırdır. Fəhlə ölümləri paytaxtda çoxmərtəbəli binalar, obyektlər və fərdi evlərin tikintisində müşahidə edilən artıma adekvatdır. Bunun səbəbi isə, əksər inşaat meydançalarında təhlükəsizlik qaydalarına əməl edilməməsidir. İşçilər əsasən dəbilqəsiz, qoruyucu kəmər olmadan işləyir. Bəs niyə tikinti sektorunda işçilərin təhlükəsizliyinə əməl edilmir?
Təhlükəsizlik məsələləri üzrə ekpert Elmar Nurəliyev Sputnik Azərbaycan-a bildirib ki, istehsalatda baş verən qəzalar insan həyatı üçün təhlükəli olmaqla yanaşı, iqtisadiyyata da zərər vurur. Bu kimi halların azalması üçün iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması mütləqdir.
"Qəzalardan 100 faiz sığortalanmaq mümkün olmasa da, görülən təhlükəsizlik tədbirləri nəticəsində istehsalat qəzalarının sayını azaltmaqla insanlara və iqtisadiyyata dəyən zərəri minimuma endirmək olar", - deyən mütəxəssisin fikrincə, istehsalat qəzaları arasında tikinti sektorunda baş verən qəzalar çoxluq təşkil edir. Belə ki, hər il tikinti sahəsində onlarla qəza baş verir. Bu qəzalar nəticəsində işçilər ağır bədən xəsarətləri alır, əmək qabiliyyətini itirir, peşə xəstəliklərinə məruz qalır, bəzən isə ölüm baş verir.
E. Nurəliyev qeyd edib ki, istehsalatda baş verən qəzaların 30 faizi ölümlə nəticələnir:
"Bunun qarşısını almaq üçün istehsalatda, iş yerlərində işçilər üçün sağlam əmək şəraiti yaratmaq lazımdır. Təəssüflər olsun ki, bir çox müəssisələr, iş yerləri buna əməl etmir. Tikinti sahəsinin təhlükəlilik dərəcəsinin nə qədər yüksək olduğunu nəzərə almırlar. Təhlükə potensiallı obyektlərdə təhlükəsizlik tədbirləri görülməli, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyinə ciddi riayət olunmalıdır. Xüsusilə hündürlükdə işlər zamanı, qurğu və mexanizmlərin işlək və saz vəziyyətdə olmasına diqqət edilməlidir. Ümumiyyətlə, əhali və ətraf mühit üçün təhlükə yaradan, yanğın, partlayış törədə bilən, zəhərləyici maddələrin emalı, daşınması, həmçinin sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab olunur".
Ekspert qeyd edir ki, tikinti sahəsində kimyəvi tərkibli, tez alışan, yanma riski yüksək materialların, ağır tonnajlı nəqliyyat vasitələrinin, yükqaldıran kran, uçma və dağılma ehtimallı dəmir-taxta konstruksiyaların olması, qaynaq işi və elektrik mişarlarının işləməsi, çoxmərtəbəli binanın yuxarı mərtəbəsində işlər zamanı material parçalarının aşağı düşməsi, həmçinin işçinin hündürlükdən yıxılma riski tikinti sahəsinin nə qədər təhlükəli olduğunu sübut edir. Bu səbəbdən də tikinti sahəsinin işçiləri əvvəlcə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimatlandırılmalı, sonra işə başlanılmalıdır:
"İşçilər fərdi mühafizə vasitələri - dəbilqə, xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təchiz edilməlidir. İşçilərin bu vasitələrdən istifadə etməsinə nəzarət mexanizmi olmalıdır. Tikinti sahəsində tez-tez işçilərin təhlükəsizlik kəməri olmadan yüksəklikdə işləməsi, xüsusi ayaq geyimindən istifadə etməməsi, gündəlik təlimatlandırma olmadan işlərə başlaması və qoruyucu sipərlərin çəkilməməsi kimi qayda pozuntularına rast gəlinir. Görürük ki, kranlar yükü qaldırır, ancaq altında digər işçilər işləyir. Bu, yolveilməzdir. Eləcə də ağır tonnajlı nəqliyyat vasitələrinin arxasında durmaq, oradan keçmək olmaz."
Mütəxəssis əlavə edib ki, sığorta və təhlükəsizlik qaydalarına riayət etməklə hadisələrin sayını minumuma endirmək olar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) Sputnik Azərbaycan-a bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq subyektlərində aparılan yoxlamalar 01 yanvar 2021-ci il tarixədək dayandırıldığı üçün Xidmət tərəfindən 01 noyabr 2015-ci ilin tarixindən etibarən sahibkarlıq subyektlərində yerində yoxlama həyata keçirilmir.
Vətəndaşlardan daxil olan şikayət ərizələri və müraciətlər "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Xidmət tərəfindən ciddi araşdırılır, müvafiq tədbirlər görülür və qanunauyğun cavablandırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən, istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana (Dövlət Əmək Müfəttişliyi Xidmətinə) məlumat verməyə borcludur. Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığını araşdırır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatını aparmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilir.
"Xatırladaq ki, ötən il Azərbaycanda istehsalatla əlaqəli sayılan 247 bədbəxt hadisənin təhqiqatı aparılıb, 19-u qrup halında olan bu hadisələr nəticəsində 63 nəfər vəfat edib, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı nəticəsində 302 nəfər zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub", - deyə Nazirlikdən bildirilib.
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı təhqiqatlar nəticəsində məlum olub ki, istehsalatda ən çox tikinti, emal, mədənçıxarma sahəsində qəzalar baş verir.
Bəs istehsalat qəzaları keçirmiş, yaxud istehsalatda iş zamanı dünyasını dəyişmiş şəxslərə konpensasiyalar necə ödənilir?
Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə, və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı var.
Qərara görə, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir: "Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir".
Hüquqşünas əlavə edib ki, istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə, himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.
Tarix: 6-10-2020, 09:59
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
4-08-2026, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
4-08-2026, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
4-08-2026, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
4-08-2026, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
4-08-2026, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
4-08-2026, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
4-08-2026, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
4-08-2026, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
4-08-2026, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
4-08-2026, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
4-08-2026, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO