Təhsil sistemində biabırçı mənzərə - Nazirin nəzərinə...

Hər kəsə bəllidir ki, təhsilin inkişafı hər bir ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir və bu gün Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı bir daha onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir. Bundan əlavə, təhsil sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar, hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasında, Azərbaycan dövlətinin sürətli inkişafında əsas rol oynayır. Bir sözlə, hal-hazırda Azərbaycan təhsili özünün yeni inkişaf dövrünü yaşamaqdadır.
Cənab Prezidentin rəhbərliyi altında belə bir addımların atılığı bir vaxtda, Ağdam rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 66 saylı Ağdam köçkün məktəbində, direktor vəzifəsini daşıyan Əzizov Rahil Rəhbər oğlu isə, hal-hazırda fərqli addımlarını atmaqdadır. Bu haqda redaksiyamızı məlumatlandıran Ağdam rayonu, Quzannı qəsəbəsi, ev-294 ünvanında yaşayan Məmmədov Cəsarət Valeh oğlu qeyd edir ki, “Mən əvvəllər Ağdam “Sukanal” idarəsində çalışırdım, bu gün isə fərqli əmək fəaliyyəti ilə məşğul oluram. Bildirim ki, adı çəkilən bu idarəddə çalışarkən Rahil Əzizovun qardaşı Amil Əzizov da, məhz mənim işlədiyim Ağdam “Sukanal” idarəsində vəzifə sahibi idi. Düzdür, o, qol qoyduğu mənimsəmə faktlarına görə xeyli müddət bundan öncə rəhbərlik tərəfindən daşıdığı vəzifəsindən uzaqlaşdırılıb. Belə bir səbəb üzündən də, mənim adı çəkilən bu şəxslə tanışlığım əmələ gəlmişdi. Qeyd edim ki, Rahil Əzizovun direktor olduğu 66 saylı Ağdam köçkün məktəbi Xındırıstan qəsəbəsində yerləşir. Təqribən 6-7 ay bundan öncə Amil Əzizov mənə bildirdi ki, “İstəsən qardaşım sənə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən üçotaqlı mənzil alıb verə bilər. Çünki, Məmməd adlı şəxs bizim qohumumuzdur və bu gün o, PA-da mühüm vəzifə sahibidir. Qardaşım bu kimi işləri, məhz onun vasitəsilə həll etməyi bacarır. Amil Əzizov mənimlə söhbətində onu da qeyd etdi ki, “Hal-hazırda qardaşımın adına Xındırıstan qəsəbəsində ev olsa da, o, Məmməd adlı qohumumuzun imkanlarından yararlanaraq, Bakı şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən özünə əlavə bir mənzil də alıb”.
Düzdür, mən vaxtilə Amil Əzizovla bir idarədə çalışdığımdan və bu şəxsi müəyyən qədər tanıdığımdan, onun bu yöndə danışıqlarına inanırdım. Belə bir səbəb üzündən də, 66 saylı Ağdam köçkün məktəbində direktor vəzifəsini daşıyan Rahil Əzizova, mənzil almağıma köməklik göstərə biləcəyi yöndə mənə vəd verdiyi üçün, ötən 6-7 ay ərzində ona üstüstə 18 500 manat pul verdim. Bu gün isə o, nə mənzil məsələsini həll edir, nə də ki, verdiyim 18 500 manat pulumu geri qaytarır. Bildirim ki, bir neçə gün bundan öncə 65 yaş həddində olan anam Rahil Əzizovgilin yaşadıqları evə gedir və ondan ya mənzil məsələsini həll etməsini, ya da ki, verilmiş pullların geri qaytarılmasını tələb edir. O halda o, yaşadıqları mənzilin içində anamı alçaldıcı sözlərlə təhqir edir, hətta onun üstünə stul atıb vurmaq istədikdə, məktəb direktoru vəzifəsini daşıyan bu şəxsin ailə üzvləri buna imkan vermirlər.
Onu da qeyd edim ki, Rahil Əzizov bir müddət bundan öncə özü üçün “Prado” markalı nəqliyyat vasitəsi alıb. Zənnimcə o, qeyd olunan nəqliyyat vasitəsini məndən aldığı pulların hesabına alıb. Düşünürəm ki, bu cür addımlar Azərbaycan ziyalısının adına yaraşmayan usandırıcı əməllərdir. Yəqin ki, cənab Prezidentin etimad və etibar göstərib Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin etdiyi Emin Əmrullayev, bu məsələ barədə az-çox xəbərdar olan kimi, 66 saylı Ağdam köçkün məktəbində direktor vəzifəsini daşıyan Əzizov Rahil Rəhbər oğlunun əməllərinin araşdırılması və ona bir neçə “sualların ünvanlanması” üçün, aidiyyatı üzrə lazımi tapşırığını da verəcək”.
Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, həqiqətən də bu cür addımlar Azərbaycan ziyalısının adına yaraşmayan, heç bir halda ziyalı adı ilə uzlaşmayan, təhsilimizə üzqaralığı gətirən, bir sözlə olduqca usandırıcı addımlardır. Əslində, məktəb direktoru vəzifəsini daşıyan bu şəxs ölkəmizdə təhsilin inkişaf etdirilməsi, problemlərinin aradan qaldırılması, şagirdləri elmə-təhsilə mükəmməl yiyələnmələri, gənc nəslin sağlam ruhda tərbiyə olunmaları və s. yöndə addımlarını atmalı olduğu halda, bu gün o, “makler”lik fəaliyyəti ilə məşğul olub kimlərisə aldadır və özünün ictimai qınağa tuş gəlməsinə də səbəb olur.
Mövzunu diqqətdə saxlayacağıq.
Deryaz.az
Tarix: 2-10-2020, 09:23
-
Bu gün, 14:16
Şəmkirdə bələdiyyə sədrləri Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi idarəsindən və onun rəisindən şikayət edirlər
-
Bu gün, 13:28
“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO