Komitənin “Hər ay xaricdən üç köynək gətirsəniz, məqsədinizin "başqa" olduğu anlaşılacaq” açıqlaması gülüşə səbəb oldu - FOTO




Dövlət Gömrük Komitəsinin “Hər ay xaricdən üç köynək gətirsəniz, məqsədinizin "başqa" olduğu anlaşılacaq” açıqlaması gülüşə səbəb olub.
 
Pravda.az-ın xəbərinə görə, komitənin sosial şəbəkədə yaydığı açıqlama deyilir: Malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Yəni gömrük orqanları müəyyən edəcək ki, bu, şəxsi istehlak üçündür, yoxsa kommersiya məqsədlidir. Özünüz üçün gətirdiyiniz üç köynəyi heç kim rüsuma cəlb etmir. Amma hər ay üç köynək gətirsəniz, artıq məqsədinizin “başqa” olduğu müəyyənləşəcək”.
 
Bu açıqlama sosial şəbəkədə müzakirələrə səbəb olub, komitə gülüş hədəfinə çevrilib.
 Fotoları təqdim edirik


Tarix: 26-09-2020, 20:20
Xəbəri paylaş



Xəbər lenti