Ermənistan sülh müqaviləsi imzalayacaqmı və Azərbaycana bu müqavilə lazımdırmı?


Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanması ətrafında danışıqların intensivliyi arzu olunan nəticəni verməyəcək. 
Yekun sülh müqaviləsinin bağlanmasını mümkünsüz edən müxtəlif səbəb və amillər var. Birincisi unutmayaq ki, ümumiyyətlə Ermənistan adlı dövlət xristian dövlətlərinin türk dünyasına qarşı bir proyektidir. Türkiyə və Azərbaycan tandeminin dünya miqyasında hesablaşmağı məcbur edən gücə çevrilməsi fonunda Ermənistan xristian dünyası üçün əhəmiyyətini daha da artırıb. Ermənistan o vaxt əhəmiyyətini itirəcək ki, Türkiyə Azərbaycana və ümumən türk dünyası ilə qarşıdurmasına son verəcək.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, təkcə bu iki dövlətin məsələsi deyil yəni, sülh müqaviləsinin mümkünlüyü Türkiyə ilə bağlı olan Ermənistanın Türkiyə qarşı saxta 1915-ci il saxta “erməni soyqrımı” layihəsindən və ərazi iddiasından imtinası ilə paralel olan məsələdir. Əgər Ermənistan bu saxta soyqırım layihəsindən imtina edərsə, süni dövlət kimi qərb xristian dünyasının dəstəyindən məhrum olar və bu da erməni dövlətçiliyin itirilməsinə gətirib çıxarar. Bəllidir ki, Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətinin yaxşılaşdırılması, kommunikasiya və iqtisadi əlaqələrin bərpası Ermənistan əhalisinin və iqtisadiyyatının Türkiyə və Azərbaycan tərəfindən sovrulmasına gətirib çıxaracaq. Bu baxımdan qərb xristian dünyası Ermənistanın türk dünyası ilə tam barışmasına imkan verilməyəcək baxmayaraq ki, bu istiqamətdə müəyyən yumşalmalar müşahidə edilir.
Rusiyanın bu məsələdə vasitəçi görünməsi o demək deyil ki, Rusiya Ermənistanın Türkiyə və Azərbaycanla tam barışmasında maraqlıdır. Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılışı ərazidə təhlükəsizliyin təminatçısı kimi Rusiyanın bu regionda daimi mövcudluğunu təmin etməklə Azərbaycana Ermənistana və Türkiyə qarşı təsir imkanları yaradır. Zəngəzur dəhlizi nəinki Naxçıvanın Azərbaycanla bir başa əlaqəsi deməkdi, bu ən əsası Türkiyənin türk dünyası ilə və Hind okeanına kimi əlaqəsinin yaranması deməkdir. Bu dəhlizin təhlükəsizliyin təminatçısı kimi Rusiyanı region üçün 44 günlük müharibədən sonra yaranmış yeni situasiya üzrə əsas oyunçu kimi qoruyub saxlayır. Bütün bunlarla yanaşı Rusiya Azərbaycan vasitəsi ilə bir başa əlaqə yaratmaqla regionda manevr imkanlarını genişləndirir.
Gedən proseslər elə təəssürat yaradıb ki, guya Rusiya yekun sülh razılaşmasında maraqlıdır, bəli Rusiya anacaq Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, ancaq fakt ondadır ki, Rusiya SSRİ dövrünün respublikalar arasında inzibati sərhəd xəritələrinə əsaslanan delimitasiya və demarkasiya təklif etməklə vəziyyəti tək öz nəzarəti altında saxlamağa çalışır ki, bu məsələ çox uzun vaxt aparsın və hansı ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhəd məsələsində qarşılıqlı güzəştlərə ehtiyacın olduğunu da elan edib. Qısası, Rusiya üçün Ermənistanın Azərbaycan və türk dünyası ilə yekun barışığı onun regionda təhlükəsizliyin təminatçısı kimi əhəmiyyətini itirir. Sözsüz ki, Rusiya tərəflərə eyni dərəcədə neytral görünməsi üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi deyil, uzağı hər hansı bir aralıq və ya keçid sənədinin imzalanmasına imkan verə bilər.
Digər tərəfdən İran da Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin mümkünlüyündən xeyri narahat olub və Ermənistanda Rusiya amilini əvəz etməyə çalışır ki, Ermənistan
Azərbaycanın yaxınlaşmasına, sülh müqaviləsinin imzalanmasına imkan verməsin və Ermənistanla Türkiyə və Azərbaycan arasında konflikt və hərbi gərginlik daimi şəkildə mövcud olsun. Sözsüz ki, İran bilir ki, Ermənistanla məsələnin həlli sonda da Cənubi Azərbaycanın istiqlalını tezləşdirə bilər.
O ki, qaldı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin daha çox kimə sərfəli olduğuna, ümumiyyətlə “sülh müqaviləsi” anlayışının mahiyyəti dövlətlərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün və sərhədlərinin tanınmasından ibarətdir. Yəni, bizim nümunəmizdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə Ermənistanın ərazi bütövlüyünü tanımalıdır. Bu halda 1918-ci ildə ilk dəfə olaraq Azərbaycanın tarixi ərazilərində süni yaradılmış Ermənistan dövlətinin Azərbaycan tərəfindən onun ərazi bütövlüyünü tanıması, Azərbaycanın tarixi torpaqlarından imtina etməsi kimidir. Eyni zamanda da 1920-ci ildən sonra SSRİ dövründə sovet hakimiyyəti tərəfindən Azərbaycanın razılığı olmadan Ermənistana verilmiş bütün ərazilərimizin qanuniləşməsi deməkdir. Məhz bu səbəbdən də Rusiya Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin müəyyən edilməsi üçün 1920-ci il xəritələrindən istifadə ediləcəyi barədə məlumatı buraxıb. Ermənistan sülh müqaviləsi imzalayarsa sözsüz ki, dövlət kimi öz gələcəkdə mövcudluğuna şans vermiş olar.
Hər bir halda Ermənistanla sülh müqaviləsi perspektivdə Azərbaycan üçündə sərfəlidir ona görə ki, işğaldan azad etdiyimiz bərpası, inkişafı, məskunlaşması, Xankəndində və ətraf ərazilərdə yaşayan etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası maneəsiz rahatlıqla həyata keçirilər. İranla bağlı Cənubi Azərbaycan məsələsində konkret istiqamətimizi müəyyən etmiş olar. Digər tərəfdən isə Ermənistan adlı dövlətin Türkiyə və Azərbaycan tərəfindən sovrulmasına təbii şərait yaratmış olar.
Hər bir halda bu isə o deməkdir ki, nəticə etibarı ilə Ermənistanın dövlət kimi gələcəyi böyük müəmmadadır. Ancaq Ermənistan bir proyekt olduğundan onun mümkün potensialı maraqlı dövlətlər tərəfindən axıra kimi istifadə olunacaq, yəni onun türk dünyasına qarşı düşmənçiliyi davam etdiriləcək, idarə olunacaq. Arzulanan yükün sülh müqaviləsi isə söz-söhbət olaraq maraqlı dövlətlər üçün əlverişli vəziyyətin yaranması ümidi ilə müəyyən dövrə qədər qalacaq.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi
Neqativ.com
Tarix: 3-11-2021, 14:13
Xəbəri paylaş



Xəbər lenti