
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.
AXS.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb. Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlardır.
İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.