“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu

Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisinə qarşı Quba Rayon Məhkəməsində iddia qaldırıb.

Mia.az yurd.media-ya istinadən xəbər verir ki, “Kontakt Home” ilə cavabdeh arasında bağlanmış 2025-ci il tarixli müqaviləyə əsasən “iPad A16” planşeti alıb, lakin ödənişi etməyi dayandırıb.

Şirkət məhkəməyə ərizə müraciət edərək 785 manat ödənilməmiş hissə, 78 manat cərimə olmaqla ümumilikdə 863 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Məhkəmə iddia tələbini qismən təmin edib. Cavabdehdən 785 manat ödənilməmiş hissə, 4,2 manat isə cərimə olmaqla, ümumilikdə 789 manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 manat tutulması barədə qətnamə çıxarılıb.

Xatırladaq ki, sabiq deputat Elnur Allahverdiyevə məxsus olan bu şirkət dünyada anoloqu olmayan gecikməyə görə faiz tətbiq edir.

Tarix: Bu gün, 12:44
Xəbəri paylaş



Xəbər lenti