Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin satın alınması üçün tender elan edib.32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 950.625,00 AZN təşkil edir.
Layihə çərçivəsində şəhər ərazisində hasil olan 375 min kubmetr bərk məişət tullantısının çalov vasitəsilə 6 metr dərinlikdə qazılacaq quyulara basdırılması, torpaqla doldurulması və hamarlanması işləri həyata keçiriləcək.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Müzəffər oğlu Bayramovdur. İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) rəisi isə Nurəhməd Əhmədovdur.