Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO



Sumqayıt, Azərbaycan — Sağlam Düşüncə Gənclər Təşkilatı Sumqayıt məktəblilərinin intellektual inkişafına və gənclərin potensialının üzə çıxarılmasına yönəlmiş növbəti uğurlu layihəsini yekunlaşdırıb. Təşkilatın Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Lider Hazırlıq Kurslarının dəstəyi ilə Sumqayıt şəhərində keçirilən “Məktəblilərarası HedaCore JR Çempionatı – Yaz mövsümü 2026” rəsmi olaraq başa çatıb.

Yarış çərçivəsində Sumqayıtdan 7–10-cu sinif şagirdlərindən ibarət 40 komanda və 250-dən çox məktəbli bir araya gəlib. İki seçim mərhələsi, yarımfinal və gərgin keçən final mərhələlərindən sonra çempionatın qalibləri müəyyən olunub:

1-ci yer — "Zəka" komandası
2-ci yer — "Everbest" komandası
3-cü yer — "İstedad" komandası

Qalib komandalar kubok, medallar və Lider Hazırlıq Kursları tərəfindən xüsusi dəyərli hədiyyələrlə təltif olunublar.

HedaCore-un faydası və Sağlam Düşüncə Gənclər Təşkilatının missiyası
bu çempionat sadəcə klassik bilik yarışı deyil, fərqli formatda hazırlanmış oyun raundları vasitəsilə məktəblilərə real həyatda lazım olan strateji bacarıqları qazandıran unikal bir platformadır. HedaCore formatı iştirakçıların sürətli və analitik düşünmə qabiliyyətini, böhran anlarında düzgün qərarvermə mexanizmlərini, komanda daxilində effektiv əməkdaşlıq və strategiya qurmaq bacarıqlarını inkişaf etdirir.

Sağlam Düşüncə Gənclər Təşkilatı bu layihə ilə gənclərin və yeniyetmələrin qeyri-formal təhsil metodları vasitəsilə inkişafına, onların asudə vaxtının səmərəli təşkilinə və intellektual gənclik şəbəkəsinin gücləndirilməsinə növbəti dəfə böyük töhfə vermiş oldu. Təşkilat gənclərin fərdi və peşəkar bacarıqlarının artırılması istiqamətində bu növ innovativ təşəbbüsləri davamlı olaraq dəstəkləməkdə qərarlıdır.
SDGT rəhbərliyi layihəyə dəstək olan bütün tərəfdaşlara, müəllimlərə və valideynlərə təşəkkürünü bildirir və HedaCore JR çempionatının növbəti mövsümlərdə daha geniş auditoriyanı əhatə edəcəyini vurğulayır.

 

Tarix: Bu gün, 21:15
Xəbəri paylaş



Xəbər lenti