TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub.

AXS.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in İcraçı direktorunun müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.

O, 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.

A.Nəsirov 2004-2009-cu illərdə “Palmali” Şirkətlər Qrupunun baş analitiki vəzifəsində çalışıb.

2010-2014-cü illərdə Azərbaycan respublikası Mərkəzi Bankının Maliyyə departamentində Böyük mütəxəssis, 2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin Risk meneceri kimi fəaliyyət göstərib.

1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti, daha sonra, 2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı və 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarə edilməsi ixtisasları üzrə ali təhsil alıb.

Tarix: Bu gün, 07:58
Xəbəri paylaş



Xəbər lenti