Rusiyalı icmalçı Türkiyə və Pakistanın Azərbaycana dəstəyindən niyə qorxuya düşüb?



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mövcud Ermənistan-Azərbaycan münaqişəsini söndürmək əvəzinə, əksinə, Azərbaycan cəmiyyətində yaralı hissləri oyatmağa başlayıb. Rusiyanın “Kommersant” nəşrinin beynəlxalq icmalçısı Maksim Yusin bu barədə öz köşəsində yazıb.
KONKRET.az mövzunun aktuallığını nəzərə alaraq Rusiyada Azərbaycan və Türkiyəyə qarşı patoloji nifrəti olan dırnaqarası icmalçıların dırnaqarası mövqeyini sizə təqdim edir.
İcmalçı müharibə olarsa, “erməni lobbisi”nin fəallaşacağını deyir, Yunanıstan, Kipr, Hindistan və İranla rəsmi Ankaranı qorxudur.
Beləliklə, ekspert vurğulayıb ki, rəsmi Ankara Prezident İlham Əliyev üçün problem yaradıb. O, həmvətənlərinin əhəmiyyətli hissəsindən fərqli olaraq qarşıdurmaya meylli deyil, ancaq qisas tərəfdarları ilə hesablaşmağa məcburdur.
“Əgər böyük qardaş, prezident Ərdoğan qeyd-şərtsiz dəstəyindən danışırsa, Türkiyə siyasətçiləri birbaşa hərbi müdaxilədən söz açırlar. Və mediada belə xəbər yayılıb ki, türklər guya Bakıya kömək üçün Suriyalı müxalif bölmələri göndərməyə hazırdır. Hansı ki, onlar başqa bir isti nöqtədə – Liviyada, Ərdoğanın müttəfiqlərinin tərəfində vuruşaraq özlərini effektiv şəkildə göstəriblər” deyə Yusin soruşub.
Onun sözlərinə görə, Türkiyənin ardınca, əsas regional oyunçu, nüvə gücünə malik olan Pakistan da Bakı ilə həmrəy olduğunu bildirib.
Jurnalist əlavə edib ki, ABŞ və ya Fransadakı şərti “erməni lobbisi” hələ də özünü daha təmkinli aparır, lakin Türkiyə və Pakistan Zaqafqaziyada daha da fəallaşsa, barışmaz rəqibləri səfərbər olacaq: Avropa Birliyi sıralarında Yunanıstan və Kipr, Asiyada Hindistan və İran.
Tarix: 23-07-2020, 12:20
Xəbəri paylaş



Xəbər lenti